top
Mir Cəfər Bağırovun samuxlu Qaçaq Məmmədqasıma köməyi
21 dekabr 2023, 16:00
- +

Mir Cəfər Bağırovun samuxlu Qaçaq Məmmədqasıma köməyi

1920-ci ildə Gəncə üsyanı yatırıldıqdan sonra üsyanın fəal iştirakçısı olan samuxlu Qaçaq Məmmədqasım və dəstəsi mübarizəsini davam etdirir. Məmmədqasımın dəstəsinin fəaliyyətindən qorxan dövlət adamları buna son qoymağı qərara alırlar. Qaçaq bu haqda öz xatirələrində də yazırmış.

Bu dövrdə Mir Cəfər Bağırov Azərbaycan SSR-də Fövqəladə Komissiyanın sədri idi. O, Qaçaq Məmmədqasımla şəxsən görüşmək qərarına gəlir. Bağırov kiçik bir dəstə ilə onun arxasınca gedir. O, Kür çayının körpüsünün üstündən Məmmədqasıma belə xəbər göndərir: “Sənin görüşünə mən gəlmişəm. Atışmaq, dava etmək, qan tökmək lazım deyil. Kişi kimi qabaq-qabağa söhbət edək”.

Bağırov dəstəsini, silahını qoyub Kürün o tayına keçir. Məmmədqasım isə dəstəsinin üzvlərinə tapşırır ki, “Mir Cəfər Bağırov bizimlə çörək kəssə, onunla söhbət edəcəyik, yox, özünü təkəbbürlü aparsa, davamız davadır”. Daha sonra Qaçaq Məmmədqasım Mir Cəfəri qarşılayır, süfrə açılır və onlar düşərgədə üz-üzə otururlar.

Bağırovun silahsız, adamsız gəlməsi, qaçaqlarla diz-dizə oturub çörək kəsməsi Məmmədqasımı təəccübləndirir, onun qoçaq və qorxmaz olduğuna inandırır.

Mir Cəfər Bağırov söhbətə başlayaraq deyir: “Məmmədqasım, indi biz bir millətin övladı kimi, qardaş kimi açıq söhbət edə bilərik. Sən nə xalqın, nə də dövlətin düşmənisən…Sən nə qədər ədalətli olsan da, özün və başının dəstəsi hər gün çörək yeməlidir, ət yeməlidir. Əkin əkmirsən, biçin biçmirsən. Demək ki, yaşamaq üçün istər-istəməz kəndləri talamalısan. Xalqın ununu, dənini, mal-qoyununu örüşdən və ya qapısından çəkib gətirməlisən. Bu yoldan əl çək! Başının dəstəsini dağıt! Gəl səni Gəncədə, Gəncəbasarda bir rayona milis şöbəsinin rəisi qoyum”.

Qaçaq Məmmədqasımın Mir Cəfərə cavabı belə olur: “Yoldaş Bağırov, bütün bu qiymətli təkliflərinizə görə çox sağ olun. Məni hansısa bir vəzifəyə qoysanız da, düşmənlərim rahat buraxmayacaq. Mənə başqa çıxış yolu deyin”.

Mir Cəfər Bağırov buna belə münasibət bildirir: “Onda sizin bircə yolunuz qalır. Mən şərait yaradım, dəstəndən kimləri seçirsən seç, özünə və millətinə yaxın olan dövlətlərdən birinə keç”.

Onlar görüşüb ayrılırlar. Bağırov geri qayıdır, Qaçaq Məmmədqasım isə kiçik bir dəstə ilə Türkiyəyə keçir.

Mənbələr:


  1. https://modern.az/az/news/66609

  2. https://axar.az/news/toplum/33764.html

  3. https://kulis.az/xeber/senet/Dayi-n-yaxsi-bu-yasda-davaya-glmisn-colorredCbrayil-Dovltzad-haqqinda-romancolor-37687

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər