top
İlk Nizamişünaslardan biri: Gəncəli Mirzə Məhəmməd Axundzadə
03 fevral 2022, 13:30
- +

İlk Nizamişünaslardan biri: Gəncəli Mirzə Məhəmməd Axundzadə

Mirzə Məhəmməd Axundzadə 9 avqust 1875-ci ildə Gəncədə ruhani ailəsində anadan olub.

O, ilk təhsilini atasından alıb, daha sonra Gəncə mədrəsəsində oxuyub, müdərris Mirzə Xəlil Şeyxzamanovdan dərs alıb, ərəb və fars dillərini öyrənib. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Gəncə klassik kişi gimnaziyasına daxil olub. Oxuduğu illərdə o, V.Şekspirin "Venesiya taciri", "İki qorxaq var", D.Defonun "Robinzon Kruzo", N.V.Qoqolun "Evlənmək" və s. əsərləri ilk dəfə Azərbaycan dilinə tərcümə edib.

Axundzadə 1896-cı ildə gimnaziyada pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildə tədris vəsaiti kimi yazdığı ilk kitabı - "Sərfi-türk" çap edilmişdir. O, həmçinin şagirdlər üçün İslamdan bəhs edən beşcildlik "Əqaidül-müslimin" kitabını yazmışdır.

Mirzə Məhəmməd dramaturgiya ilə də məşğul olub. O, 4 yanvar 1902-ci ildə ilk səhnə əsərini - "Məhəbbətsizliyin nəticəsi, yaxud ata və ananın təqsiri" komediyasını yazmışdır. Bu əsər Qafqaz teatrlarında tamaşaya qoyulmuşdur. Axundzadə "Hər nə əkərsən, onu biçərsən", "Analıq", "Sonrakı peşmanlıq səmərə verməz" və s. pyeslərin müəllifidir. 1909-cu ildə o, Azərbaycan dilində teatr haqqında "Teatro nədir?" adlı ilk kitabını yazmışdır.

Axundzadə "Şərq-Rus", "Həyat", "Həqiqət", "Açıq söz", "İrşad" kimi jurnal və qəzetlərdə məqalələrlə çıxış edib. O, "Molla Nəsrəddin" jurnalının müəlliflərindən biri olub.

Maarifçi 1909-cu ildə "Şeyx Nizami" kitabını yazıb. Bu kitab Nizami Gəncəvinin irsinin Azərbaycanda öyrənilməsinin əsasını qoyub. Kitabın ilk vərəqində: "Kitabçadan vüsul olan pul tamamilə Şeyx Nizaminin günbəzinə sərf olunacaqdır" - yazılmışdır.

Mirzə Məhəmməd Gəncədə erməni Daşnaksütun partiyasının terrorizminə qarşı mübarizə aparmaq üçün 1906-cı ildə yaradılan "Difai" partiyasının yaradıcılarından biri olub. Bu səbəbdən o, çar hökuməti tərəfindən 5 il müddətində sürgün olunmuşdur.

Axundzadə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirak etmiş və maarif nazirinin müavini vəzifəsində çalışmışdır. 1920-ci ilin aprel işğalından sonra Axundzadə Gəncədə uşaq evində müdir və seminariyada müəllim işləmişdir.

Mirzə Məhəmməd Axundzadə 1923-cü ildə Gəncədə qəflətən vəfat edib və şəhər qəbiristanlığında dəfn olunub.

 

Mənbələr: 


  1. Abbas Səmədov. Maarifpərvər Gəncə müəllimlərinin ədəbi- pedaqoji fəaliyyəti (1830-1920). Gəncə-1999.

  2. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.

  3. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı-2004.

  4. Nazim Rza İsrafiloğlu. Günəşə baxan insan. Bakı-2019.

  5. Xanlar Bayramov. Gəncə üsyanı 1920. Bakı-2010.

  6. https://edebiyyatqazeti.az/news/edebi-tenqid/4727-gunese-baxan-insan-mirze-mehemmed-axundzade-biblioqrafiya

  7. https://www.youtube.com/watch?v=sUMyL0Q6LF4

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər