top
Əli və Nino əsərinin qəhrəmanı Əlinin öldürüldüyü yer: Gəncə körpüsü
07 fevral 2022, 16:30
- +

"Əli və Nino" əsərinin qəhrəmanı Əlinin öldürüldüyü yer: Gəncə körpüsü

Gəncədə Mirzə Abbas Abbaszadə küçəsində yerləşən körpünün inşasını bəzi mənbələrdə XI-XII əsrə, digərlərində isə XVII əsrə aid edirlər. Körpü əsrlər ərzində bir neçə dəfə sökülərək yenidən inşa edilib. Son dəfə körpü 2020-ci ildə bərpa edilərək istifadəyə verilib. Bu körpüyə 2022-ci ildə "Şuşa" adı verilib.

Körpü XIX əsrdə Gəncəçayı üzərində əsas körpülərdən biri idi, lakin güclü sellər nəticəsində yararsız vəziyyətə düşmüş və 1843-cü ildə sökülmüşdür. Sonra bu körpünün yerində leytenant A.Q.Çarnetskinin layihəsi əsasında taxtadan yeni bir körpü inşa edilmişdir.

Taxtadan olan körpü XIX əsrin sonlarında yenidən yararsız hala düşür. "Qafqaz" qəzetinin 1871-ci il tarixli 134 nömrəli sayında körpü haqda yazılıb: "Çayın üzərində qədimdə inşa edilən, indi yararsız vəziyyətə düşən və yalnız piyadaların istifadəsi mümkün olan bir körpü var".

1871-ci ildə Gəncə körpüsündə əsaslı bərpa və tikinti işləri aparılıb. Körpünün layihəsi mühəndis Koqnovitskiyə tapşırılmışdı. Bu körpü daş dayaqlar və özüldən, yuxarısı isə çuqun-dəmir hissələrdən ibarət olub və eni 9.5 metr idi. Körpünün çuqun-dəmir hissələri fransız dəmirindən hazırlanmışdır. Gəncə körpüsünün 2.5 metr hündürlüyündə üç çuqun dirəyi var idi. Körpünün ümumi dəyəri 64.938 rubl 92 qəpik təşkil etmişdir. Beləliklə, Gəncədəki bu körpü Qafqazda tikilən ilk dəmir və metal konstruksiyalı körpü olub.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə əhalisi üsyana qalxmışdır. Şəhərdə minlərlə kişi üsyan zamanı bolşeviklər tərəfindən öldürülmüşdür. Bir çox qadınlar düşmənin əlinə keçməmək üçün bu körpüdən özlərini çaya atıb intihar etmişdirlər.

"Əli və Nino" əsərinin qəhrəmanı Əli xan Şirvanşir Gəncənin bolşeviklərdən mudafiəsi zamanı məhz bu körpüdə öldürülüb. "Əli və Nino" əsərindən: "Əli xan Şirvanşir altıya on beş dəqiqə işləmiş Gəncə körpüsündə, pulemyot arxasındakı mövqeyində həlak oldu. Onun meyiti qurumuş çaya düşmüşdü. Bədənini səkkiz güllə deşmişdi".

Mənbələr:


  1. Газета "Кавказ".1871. №134

  2. Сборник Свидений о Кавказ. Том I. Тифлис -1871.

  3. Gəncənin maddi mədəniyyət abidələri. Bakı-2004.

  4. Qurban Səid. Əli və Nino. Bakı-2006.

  5. Gəncə tarixinin aktual problemləri. Gəncə-2010.

  6. Rayihə Əmənzadə. Gəncənin XII-XIX əsrlər memarlıq salnaməsi. Bakı-2021.

  7. https://www.youtube.com/watch?v=t0MBatH1n9A

  8. https://azertag.az/xeber/Genceden_korpulerden_birine_Susa_adi_verilib-1977262

  9. https://azertag.az/xeber/Gencechay_chayi_uzerinde_yerlesen_bes_korpu_berpadan_sonra_istifadeye_verilib_YENILANIB_VIDEO-1521079


[caption id="attachment_9648" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_9649" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər