top
Lalələr mahnısının yaranma tarixi
09 fevral 2022, 14:00
- +

"Lalələr" mahnısının yaranma tarixi

"Lalələr" mahnısının sözləri şair Aslan Aslanova, musiqisi isə bəstəkar Telman Hacıyeva aiddir. Mahnı 1970-1975-ci illərdə yazılıb.

Mahnının yaranması ilə bağlı müxtəlif versiyalar mövcuddur. Deyilənə görə, şair Aslan Aslanov Gəncədə olarkən, dağ ətəyində hər tərəfin lalələrlə dolu olduğunu görür və bundan ilhama gələrək "Lalələr" adlı şeirini yazır. Sonra isə şeiri Telman Hacıyevə verir ki, o, musiqi bəstələsin.

Digər versiyaya əsasən, "Lalələr" mahnısı 1918-ci ildə Azərbaycana gələn türk ordusuna həsr olunub. Mahnı Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun Gəncədən Bakıya gələn və şəhəri xilas edən əsgərlərinə aiddir. Nuru Paşa may ayında Gəncəyə girərkən minlərlə əsgərin başlarında fəs, fəsin ucunda isə saçaqlar var idi. Ehtimal edilir ki, şair fəsləri laləyə bənzətdiyinə görə belə bir şeir yazır.

"Nə vaxtdır Bakının gözü yoldadır
Bir qonaq gələsiz bizə, lalələr…"

Bu sətirlər isə, deyilənə görə, Bakının Qafqaz İslam Ordusu tərəfindən xilas edilməsinə həsr olunub.

"Lalələr" mahnısının ifaçılarından biri Rəşid Behbudov olub. Rəşid Behbudov adına fondun rəhbəri Kamil Şahverdiyev bu mahnı haqda belə deyib: "...Türk ordusu Azərbaycana gələndə onlara insanlar tərəfindən el mahnısı həsr olunub. Sonradan Aslan Aslanov bir qədər düzəliş edib və bu mahnını ərsəyə gətirib. Uzun müddət hamı bunu Gəncəyə, gülə-çiçəyə həsr olunmuş mahnı kimi tanıyıb. Çünki SSRİ zamanında heç kim açıb deyə bilmirdi. Mahnının son misrasında Bakı sözü dəyişdirilib, "Nə vaxtdır Rəşidin gözü yoldadır" formasında oxunub. Sovet vaxtı axı bunu kim dilinə gətirə bilərdi?!...".

Mahnını rəqs kimi ilk dəfə Əməkdar artist Roza Cəlilova ifa edib. Həmçinin mahnını Zeynəb Xanlarova, İdris Mehdiyev kimi müğənnilər də ifa ediblər.

Mənbələr:


  1. https://hafta.az/laleler-mahnisi-nece-yaranib--69788-xeber.html

  2. https://minbirmahni.blogspot.com/2016/03/rsid-behbudov-lallr-mahn-sozlri-lyrics.html

  3. https://www.youtube.com/watch?v=qz5uCtqa-IA

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər