top
Lalə gülü haqqında əfsanə
25 mart 2024, 12:00
- +

Lalə gülü haqqında əfsanə

Gəncə çöllərində yaz aylarında lalə gülü bitir. Bu gül haqqında bir çox əfsanə və rəvayətlər var. Lalə gülünün yaranması haqqında “Əsatirlər, əfsanə və rəvayətlər” kitabından sizə bir əfsanə təqdim edirik:

Deyilənə görə, Lalə adlı bir qız var imiş. Dərd, möhnət nə olduğunu bilməzmiş. O böyüyüb boya-başa çatır. Bundan sonra ona bir çox elçilər çıxır. Laləni sevdiyi bir oğlanla nişanlayırlar. Vaxt çatır, onlara toy edirlər.

Bir gün hökmdar şəhərin kişi əhalisini müharibəyə aparır. Ayrılarkən həyat yoldaşı Laləyə deyir: “İnşallah, baharda görüşərik”.

Lalə çox darıxır. O: “pis günün ömrü az olar”, - deyib, baharı gözləyir. Aylar ötür, qarlar əriyir, baharın nəfəsi duyulur. Lalə həyat yoldaşını yol kənarında, düzənliklərdə, dağda qarşılamaq üçün al qırmızı paltarını geyinib, onu gözləyir.

Lalə baharın ortalarına kimi dözür. Yoldaşından bir xəbər gəlmir. Lalə göz yaşları axıdır, dərd əlindən onun bağrı qaralır. Ərinin gəlmədiyini görən Lalə ölüm diləyir. Lakin o, qıpqırmızı paltarında gülə dönür. O, çox təmiz, pak qız olduğuna görə qırmızı paltarın içərisindən bağrının qaraldığı bilinir.

O vaxtdan bağrı qara Lalə hər il yaz çağında yol kənarına, düzənliklərə, dağlara çıxaraq, hələ də sevgilisinin yolunu gözləyir.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:18

AQTA-dan çağırış: "Mənşəyi məlum olmayan lavaşı yeməyək"

Bütün xəbərlər
Dünən, 17:04

Sabah 38 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 15:11

Peşə məktəblərinə işə qəbul müsabiqəsi BAŞLAYIR

Bütün xəbərlər
Dünən, 14:01

Anasını namaz qılmadığına görə öldürübmüş

Bütün xəbərlər
Dünən, 13:37

AQTA: Bazarlardakı bütün açıq məhsullar etiketlənəcək

Bütün xəbərlər
Dünən, 13:03

Qazaxın işğaldan azad olunan ərazilərində tapılan minaların sayı

Bütün xəbərlər
Dünən, 11:00

Faizlə verilən pul üstündə dostunu bıçaqladı – CƏZA

Bütün xəbərlər
Dünən, 09:51

Gəncədə asfalt problemi: Taksi küçəyə gəlmir

Bütün xəbərlər
Dünən, 09:04

Gəncədə "Nizaminin evi" kimi tanınan kinopavilyonun təmiri davam edir

Bütün xəbərlər
16 iyul 2026, 16:49

"Kəpəz" Vadim Abdullayevi heyətinə qatdı

Bütün xəbərlər
16 iyul 2026, 15:37

Yeni parklanma qaydaları TƏSDİQLƏNDİ

Bütün xəbərlər
16 iyul 2026, 15:03

Yarım ildə alış-verişə 32 milyard manat xərcləmişik

Bütün xəbərlər
16 iyul 2026, 14:02

Sabah leysan olacaq - PROQNOZ

Bütün xəbərlər
16 iyul 2026, 13:53

Bura Gəncədir… – Acınacaqlı mənzərə

Bütün xəbərlər
16 iyul 2026, 12:48

Gəncədəki universitetlərdə II qrup üzrə ən aşağı keçid BALLARI

Bütün xəbərlər
16 iyul 2026, 10:16

Gəncəbasarda ard-arda qida zəhərlənmələri: Bu dəfə 11 nəfər…

Bütün xəbərlər
16 iyul 2026, 10:13

DİM-də ən çox etiraz edilən imtahanlar açıqlandı

Bütün xəbərlər
16 iyul 2026, 09:46

Daun sindromlu şəxslərin sayı 30 faiz artıb

Bütün xəbərlər
15 iyul 2026, 18:00

Xəbərimizə ÇEVİK REAKSİYA: Şəhid guşəsi abadlaşdırıldı

Bütün xəbərlər
15 iyul 2026, 17:34

"Ganja Cup" üzgüçülük yarışı ikinci dəfə keçiriləcək

Bütün xəbərlər
15 iyul 2026, 16:38

Gəncədə gənc oğlan küçədə bıçaqlandı

Bütün xəbərlər
15 iyul 2026, 15:37

Arvadını döyməkdə şübhəli bilinən şəxs tutulub

Bütün xəbərlər
15 iyul 2026, 15:05

GDU-nun baş müəllimi vəfat edib

Bütün xəbərlər
15 iyul 2026, 14:37

Dolu düşəcək, şimşək çaxacaq - PROQNOZ

Oxşar xəbərlər