top
Koryunapat: ermənilərin məskəni, yoxsa zəbt edilmiş daha bir Azərbaycan məhəlləsi?
29 yanvar 2024, 16:00
- +

Koryunapat: ermənilərin məskəni, yoxsa zəbt edilmiş daha bir Azərbaycan məhəlləsi?

Erməni mənbələrə əsasən, Gəncənin erməni məhəllələrindən biri Koryunapat olub. Onlara görə, 1905-1906-cı illərdəki erməni-müsəlman qırğınlarından sonra “torpaq sahiblərinin qarətindən qaçan” ermənilər 1907-ci ildə Koryunapat adlı yeni məhəllə yaratmaq qərarına gəldilər. Bu yeni məhəllə həmin vaxt Yelizavetpolun arximandriti (yaşına və təcrübəsinə görə hörmət edilən kilsə üzvü) olmuş erməni keşiş Saopnyans Koryunun adını almışdır.

Lakin çar dövrünə aid mənbə və sənədlər bunun növbəti erməni uydurması olduğunu sübut edir.

Bu ərazi Gəncənin tarixi Molla Cəlilli kəndi olub. Məhəllə XIX əsrə aid çar Rusiyasının mənbələrində, eyni zamanda Kilisəkənd kimi də qeydiyyata alınıb. Tarixi Molla Cəlilli böyük ərazini - indiki A. İsgəndərov, N. Nərimanov, Krılov, H.Z. Tağıyev küçələrini əhatə edib. Məhəllənin bir hissəsini azərbaycanlılar, digər hissəsini isə 1804-cü ildə Gəncənin işğal edilməsindən sonra İran və Türkiyədən köçürülmüş ermənilər təşkil edirdi.

1905-ci il erməni-müsəlman qırğını nəticəsində bu məhəllə çar hakimiyyətinin köməyi ilə ermənilər tərəfindən zəbt olundu. Burada müsəlmanlara aid evlər ermənilər tərəfindən yandırıldı və talan edildi. Sağ qalmış azərbaycanlılar Gəncə çayının sol sahilinə keçərək burada eyni adlı məhəllə salırlar. Zəbt olunmuş Molla Cəlillinin adı isə “Koryunapat”a dəyişdirilir.

Sonralar keşiş Koryunun terrorçu Daşnaksutyun partiyasının Yelizavetpol bölməsinin sədri olduğu üzə çıxır. O, törətdiyi çoxsaylı cinayətlərə görə, 9 noyabr 1908-ci ildə məhkəmə qərarı ilə katorqaya göndərilir. Koryunapatın adı dəyişdirilir, lakin Molla Cəlilli yox, Tserkovnıy qoyulur.

Mənbələr: 


  1. Namlet Allahverdiyev. Gəncə məhəllələri. Bakı-2020.

  2. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

  3. Алибегов И. Елисаветпольские кровавые дни перед судом общества. Тифлис-1906.

  4. Акты, собранные Кавказской археографической комиссией: Том II. Тифлис-1868.

  5. Карапетян С. Северный Арцах. Москва-2018.

  6. https://www.facebook.com/permalink.php?story_fbid=875707422500079&id=804876116249877&paipv=0&eav=AfZwRLMou1MsXZG9vW6HP5nEbapIACZ4MKFZfthf1i8G1QsKeAeL9-dy6SPc-bt2mC0&_rdr

  7. https://docs.google.com/document/d/1-0A0sBY10-gr4WmCyelai26nhhGWEKGeY7lE8yzZAy8/preview?hgd=1

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər