top
“Kərbəlayi”nin anadan olmasından 115 il ötür
05 may 2025, 13:34
- +

“Kərbəlayi”nin anadan olmasından 115 il ötür

 

Bu gün Zaqafqaziyanın ilk SSRİ Xalq artistinin doğum günüdür.

Gencexeber.az məlumat verir ki, Adil Rzabəy oğlu İsgəndərov 5 may 1910-cu ildə Gəncədə bəy ailəsində dünyaya gəlib. Soyadları İsgəndərbəyli olub. Daha sonra Sovet hökumətinin təzyiqləri ilə qarşılaşmamaq üçün Rzabəy soyadını dəyişib. Adilin 6 yaşı olanda atası rəhmətə gedib.

O, 10 yaşından Gəncədəki pioner evində özfəaliyyət dərnəyinə qoşulub. 13 yaşında “Qaçaq Kərəm” tamaşasını qurub və Kərəm obrazını oynayıb. 1928-1931-ci illərdə Bakı Teatr Texnikumunda aldığı təhsildən sonra Adil İsgəndərov A.Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunda oxuyub. Moskva Bədaye və Vaxtanqov teatrlarında təcrübə keçib.

1936-cı ildə Akademik Milli Teatra baş rejissor təyin edilib. Onun dövründə “Azdrama”ya hamı “İsgəndərovun teatrı” deyib.

İlk rejissorluq işinə “Polad qartal” tamaşasından başlayan İsgəndərov milli teatrın səhnəsində “Həyat”, “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “Şərqin səhəri”, “Otello”, “Cavanşir” kimi tamaşalara həyat verib. Adil İsgəndərovun səhnələşdirdiyi “Otello” tamaşası dünyada tanınıb. Bu tamaşada “Otello” rolunu canlandıran Ələsgər Ələkbərovun şəkli İngiltərənin Stratfor şəhərində yerləşən Şekspir muzeyində saxlanılır. Moskvada isə tamaşanı seyr edən ingilislər onu lentə alıblar.

1966-cı ilə qədər Adil İsgəndərov kinoda aktyor kimi iştirak edib. İlk dəfə Hüseyn Seyidzadə ona “O olmasın, bu olsun” filmində qoçu rolunu verir. O, bazarda Qoçu Əsgərlə atışan qoçu obrazını canlandırır. 1966-cı ildən başlayaraq “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etməyə başlayır. “Əhməd haradadır?” filminin quruluşçu rejissoru olur.

İsgəndərov Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq artisti, Zaqafqaziyanın ilk SSRİ Xalq artisti adlarına layiq görülüb.

Adil İsgəndərov 18 sentyabr 1978-ci ildə Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər