top
Hüseyn Cavidin Gəncədə qələmə aldığı ilk dram əsəri
28 mart 2023, 15:45
- +

Hüseyn Cavidin Gəncədə qələmə aldığı ilk dram əsəri

Yazıçı və dramaturq Hüseyn Cavid “Ana” əsərini Gəncədə yaşadığı dövrdə, 1910-cu ildə qələmə alıb. “Ana” Cavidin ilk dram əsəridir.

Hadisələr Dağıstanda cərəyan edir. Səlma ana qapıda oturub öz-özünə danışır və oğlu Qanpoladdan uzun müddət məktub gəlmədiyindən gileylənir. Birdən Qanpoladın nişanlısı İsmət gəlir və ondan məktub gətirir. Səlma ana məktubu götürür və oxutdurmaq üçün qonşuya gedir.

Həmin vaxt Səlma ananın evinə Orxan və onun dostu gəlir. Orxan İsməti sevən zəngin bir oğlandır. O, İsmətin təkliyindən istifadə edərək, ona eşqini etiraf edir və deyir:

- Bütün Dağıstanda var bir şöhrətim,

Yüksək dağlardan böyükdür həşmətim,

Hürmətim, İzzətim, varım, sərvətim,

Nəslim, nəcabətim, gücüm, qüdrətim.

İsmət isə hiddətlənərək, Orxana barmağındakı nişan üzüyünü göstərir və cavab verir:

- Qanpoladdan bir yadigardır bana,

Ömrüm olduqca bağlıyım bən ona.

Orxan İsməti yoldan çıxara bilmədiyini görür, ona xəncər verərək: “ya sən, ya ölüm”, - deyərək gedir. Bu zaman Səlma ana qayıdır və İsmətə bildirir ki, Qanpolad ya bu gün, ya da sabah qayıdacaq. İsmət sevincək atasının evinə gedir.

Bir gün kənddə atışma səsləri eşidilir. Bu zaman Murad adlı silahlı çərkəz Səlma ananın həyətinə qaçır və xahiş edir ki, onu gizlətsin, yoxsa öldürüləcək. Sonra İsmətin qardaşı Səlim həyətə girərək qatili - Muradı axtarır. Ana isə Muradın yerini demir.

Bir az sonra sinəsindən yaralı Qanpolad həyətə daxil olur. Məlum olur ki, Orxan və dostu  Qanpolada qəsd etmək istəyəndə o, düşmənlərini öldürüb, lakin Murad onu yaralayıb. Qanpolad anasından və Səlimdən çərkəzi axtarmamağı xahiş etdikdən sonra sevgilisi İsmətin qucağında ölür. Ana oğlu üçün yas tutur. Gizlətdiyi şəxsin oğlunun qatili olduğunu öyrənsə də, ona pənah gətirənə xəyanət etmir.

Bu əsərlə Hüseyn Cavid cəsarətli bir ana obrazını yaradır. Cavidin təbliğ etmək istədiyi əsas ideya Qafqazın müsəlman xalqlarına məxsus qonaqpərvərlik, düşmənin belə olsa, sənə sığınana mərhəmət göstərmə kimi mənəvi xüsusiyyətlərdir.

Mənbələr:


  1. Hüseyin Cavid. Əsərləri. II cild. Bakı-2005.

  2. https://medeniyyet.az/page/news/61557/Cavidin-Ana-eseri-ve-onun-sehne-taleyi.html

  3. https://azerhistory.com/?p=32550

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər