top
Görkəmli bəstəkarımızın anadan olmasından 102 il ötür
22 noyabr 2024, 11:28
- +

Görkəmli bəstəkarımızın anadan olmasından 102 il ötür

 

Bu gün Gəncədən olan mərhum bəstəkarın doğum günüdür.

Gencexeber.az məlumat verir ki, söhbət görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovdan gedir.

Fikrət Məşədi Cəmil oğlu Əmirov 22 noyabr 1922-ci ildə Gəncədə anadan olub. O, 1942-1943-cü illərdə Gəncə Filarmoniyasının və 1947-ci ildə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1956-59-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilib. Dahi bəstəkar bir çox operaların, baletlərin, operettaların, simfonik muğamların və süitaların müəllifidir.

Səhnə musiqisi sahəsindəki fəaliyyətinə “Ürəkçalanlar” və “Gözün aydın” operettaları ilə başlayan Fikrətin ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı “Nizami” simfoniyasıdır. 1948-ci ildə “Şur” və “Kürd ovşarı” simfonik muğamlarını yazıb. O, “Nəsimi” vokal xoreoqrafik poemasının, simfonik orkestr üçün “Azərbaycan qravürləri”nin, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamının, “Min bir gecə” nağılları əsasında eyniadlı baletin müəllifidir.

1965-ci ildə bəstəkar SSRİ Xalq artisti və 1982-ci ilin mayında Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb.

Fikrət Məşədi Cəmil oğlu Əmirov 20 fevral 1984-cü ildə Bakıda vəfat edib. O, Fəxri Xiyabanda dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:01

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:58

Ötən gün ağır qəzada ölənlər

Bütün xəbərlər
Bu gün, 11:17

Marketlərdə satılan sellofan paketlər bahalaşdı

Bütün xəbərlər
Dünən, 18:21

Gəncədə şəhid bulağının ətrafı baxımsız vəziyyətdədir

Bütün xəbərlər
Dünən, 13:13

"Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim..." - Şəhid xanımı

Bütün xəbərlər
Dünən, 12:36

Gəncədə ərazi binanın tikintisi üçün qazılıb – 10 il keçib…

Bütün xəbərlər
Dünən, 09:38

Gəncədə turizm könüllüləri AXTARILIR

Bütün xəbərlər
07 iyul 2026, 16:57

"Kəpəz" futbolçusu ilə müqavilə müddətini uzatmayıb

Bütün xəbərlər
07 iyul 2026, 16:23

Xalq artistimizin 73 yaşı tamam oldu

Bütün xəbərlər
07 iyul 2026, 15:33

20 manatlıq rüsum ləğv edilir

Bütün xəbərlər
07 iyul 2026, 13:04

Ər maşından düşmək istəməyən arvadını döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
07 iyul 2026, 12:29

"Kəpəz" futbolçusu ilə vidalaşıb

Bizim fəxrimiz
07 iyul 2026, 11:56

Gəncəli strongmen Azərbaycan rekordu rəsmləşdirdi

Bütün xəbərlər
07 iyul 2026, 10:51

Gəncədə təhsil işçilərinə ŞAD XƏBƏR: avtobus ödənişlərinin 10%-i…

Bütün xəbərlər
07 iyul 2026, 09:36

Abituriyentlər iyulun 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər

Bütün xəbərlər
06 iyul 2026, 16:31

Qərb bölgəsi bu məhsulların istehsalında liderdir

Bütün xəbərlər
06 iyul 2026, 15:34

"Manqal Kabab"da tanışını bıçaqladı – 4 il 3 ay həbs

Bütün xəbərlər
06 iyul 2026, 14:36

Sabah Gəncədə 37 dərəcə isti olacaq

Bütün xəbərlər
06 iyul 2026, 14:05

Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib

Bütün xəbərlər
06 iyul 2026, 13:28

Gəncədə loqoped axtarılır

Bütün xəbərlər
06 iyul 2026, 12:28

Gəncədə daşan kanal problemi sakinləri təngə gətirib

Bütün xəbərlər
06 iyul 2026, 11:34

Gəncədə təxminən hər 10 nəfərdən biri pensiya alır

Bütün xəbərlər
06 iyul 2026, 11:03

Şəmkirdə "Mercedes" yandı

Bütün xəbərlər
05 iyul 2026, 15:02

Gəlin qayınananın evini yandırıb... – Bacısı ilə birlikdə

Oxşar xəbərlər