top
Gəncə qalasının işğalından 221 il keçir
03 yanvar 2025, 15:21
- +

Gəncə qalasının işğalından 221 il keçir

 

1802-сi ildə Rusiya imperiyasının ordusu Azərbaycan xanlıqlarına qarşı hücuma keçir.

Gencexeber.az məlumat verir ki, Gəncə xanlığı əlverişli coğrafi mövqeyinə görə “şimal xanlıqlarının açarı” hesab edilirdi və bu səbəbdən Rusiya imperiyasının marağını doğururdu. Gəncənin ələ keçirilməsi gürcü əsilli general knyaz Pavel Sisianova tapşırılmışdı.

Sisianov Gəncəyə hücumu tez başlamağa çalışırdı, çünki bilirdi ki, Cavad xan rus himayədarlığı haqqında düşünmür və müdafiəyə hazırlaşır. Cavad xan rus qoşunlarının Gəncəyə hücum edəcəyini bilirdi. Bu səbəbdən mövqelərini möhkəmləndirmiş, ermənilərin Rusiyaya rəğbətini bildiyindən onları sərhəddən uzaqlaşdırmışdı.

Gəncəyə yürüş üçün 6 batalyon və 3 eskadrondan ibarət dəstə təşkil edilmişdir. 22 noyabr Gəncə xanlığı üzərinə yürüş başlanır. Noyabrın 29-u Sisianov qoşunları ilə indiki Şəmkir ərazisinə çatır və Cavad xana xəbər göndərir, ondan Gəncə qalasını verməyi tələb edir. O, bu tələbini Gəncənin çariça Tamara dövründə Gürcüstana aid olduğunu və gürcü çarlarının zəifliyi dövründə alındığını, Cavad xanın 6 il əvvəl Rusiya təbəəsi olduğunu və xanın adamlarının qarət etdikləri Tiflis tacirlərinin onun tərəfindən razı salınmadıqları ilə əsaslandırır.

Cavad xan da Sisianova məktub yazır və orada bu tarixi iddiaları rədd edir. O, yazır: “… Əgər mən desəm ki, mənim babalarım Gürcüstanda vali olub, heç kəs bu sözlərimi qəbul etməz və mənə hörmətindən Gürcüstanı qaytarmaz…Sən həm də yazmışdın ki, mən guya əvvəl təbəəlikdə olmuşam, ancaq sənə məlum olsun ki, mənim əlimdə sənin padşahının reskripti var. Bax gör, mən orada Gəncə bəylərbəyi və ya Gürcüstan vassalı adlandırılmışammı? Bundan görünür ki, sənin sözlərin yalandı…Döyüşmək istəyirsənsə, o zaman döyüşəcəyik“.

Xanın cavabı Sisianovun gözləntilərini doğrultmur və o qoşunları ilə, 1803-cü ilin qışında Gəncəyə yaxınlaşır. Gəncə xanlığı və rus ordusunun ilk toqquşması şəhərdən 3 km aralıqda yerləşən, “Quru-Qobu” adlanan ərazidə baş verir. Daha sonra 2 dekabr 1803-cü ildə Bağbanlar məhəlləsi yanında toqquşma baş verir. Gəncəlilərin müqavimətinə baxmayaraq, onlar tərəfdən vuruşan 300 erməni təslim olur. Ruslar tərəfdən 7 rus zabiti həlak olur, 30-u isə yaralanır.

Müqavimət gözləməyən rus qoşunları, bu döyüşdən sonra bir ay ərzində heç bir hücuma keçmədən, qalanın mühasirəsi ilə kifayətlənirlər.

Böyük itkilərə və hərbi təchizat çatışmazlığına, xəstəliklərin yayılmasına baxmayaraq, Cavad xan təslim olmur. O, Sisianovun Gəncənin təslim olması ilə bağlı bütün məktublarını rədd edir. Sisianov yazırdı: “Şəhəri alacam…“. Cavad xan isə cavab olaraq deyirdi: “Məni qala divarının üstündə ölü tapacaqsınız, bu baş verərsə”.

3 yanvar 1804-cü ildə Gəncə qalasına basqın edilir. Müqavimətə baxmayaraq, bu dəfə Sisianov şəhərə girə bildi. Ruslar tərəfdən 250-dən çox yaralı və ölü var idi. Bu döyüşdə Cavad xan, oğlu Hüseyn-qulu bəy və 1500-dən çox sakin həlak olmuşdur. 8585 kişi və 8639 qadın əsir götürülmüşdür.

Cavid Şəmiyev

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
19 sentyabr 2026, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Bütün xəbərlər
19 sentyabr 2026, 00:00

Antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 20:36

Azər Məmmədov: "Çox istərdim ki, "Kəpəz" kubokun finalında olsun"

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Bu rayonlarda heyvan bazarları fəaliyyətə BAŞLADI

Oxşar xəbərlər