top
Gəncə 20 Yanvar faciəsinin təkrarlanmasından necə xilas olundu?
19 yanvar 2025, 16:00
- +

Gəncə 20 Yanvar faciəsinin təkrarlanmasından necə xilas olundu?

 

1990-cı ilin yanvarında Azərbaycanın bir çox bölgələrində, həmçinin Gəncədə siyasi vəziyyət gərgin idi. Azərbaycan xalqı azadlığı və torpağı uğrunda ayağa qalxmışdı. Sovet höküməti isə bu mübarizəni boğmağa çalışırdı.

Gencexeber.az məlumat verir ki, Bakıda törədilmiş 20 Yanvar faciəsi Gəncədə də olmalı idi. Bu SSRİ-nin baş katibi Mixail Qorbaçovun imzaladığı fərmandan məlum olur. 1990-cı il 15 yanvar tarixli fərmanda deyilir: “…Bakıda və lazım gələrsə, Gəncədə fövqəladə vəziyyət elan edilsin…“.  Həmçinin Qorbaçov televiziya çıxışlarında Bakı və Gəncədə “ekstremistlərin cilovlanması üçün” qoşundan istifadə ediləcəyi ilə hədələyirdi.

Gəncədə fövqəladə vəziyyət elan olunmasından xəbər tutan əhali, bunun qarşısını almaq qərarına gəlir. Bu hadisələrin şahidi Arif Salahov azertag.az saytı ilə xatirələrini paylaşıb: “Şəhərdə artıq xalq hərəkatının fəalları, şəhər rəhbərliyinin bir sıra əməkdaşları, ziyalılar, sadə gəncəlilər – bir sözlə, hamı gözlənilən təhlükənin qarşısını almaq üçün birlikdə fəaliyyətə başlamışdılar“.

Bakı və Gəncənin ətrafına sovet ordusu hissələri gətirilirdi. Bu şəhərlərə eyni vaxtda hücum etmək planlaşdırılmışdır. 20 yanvar sovet ordusu Bakıya daxil olaraq, soyqırım törətdi. Gəncədə isə bunun qarşısı alındı.

Sovet ordusu Gəncə aeroportunda yerləşdirilmişdi. Onlar Moskvadan Gəncəyə əlavə qüvvə, hərbi texnika gətirən iki qatarı gözləyirdi. Gəncə Dəmiryol stansiyasının polis şöbəsinin bölmə rəisi Yusif Məmmədov bu qatarların Bakı-Gəncə istiqamətində hərəkət etməsi barədə xəbər tutur və Ucar Dəmiryol stansiyasına gedir. Burada o, stansiyanın rəisi ilə görüşür və Ucardan keçəcək 2674 saylı qatarın saxlanılmasını tələb edir. Məmmədov Ucar əhalisinə baş verə biləcək hadisəni başa salır. Ucarın sakinləri relslərin üzərinə uzanır və birinci qatar saxlanılır. 2614 saylı qatar isə Kürdəmir stansiyasına irəliləyirdi. Yusif Məmmədov Kürdəmirə yola düşür, stansiyanın rəisi və sakinlərə vəziyyəti bildirir. Kürdəmir əhalisi də relslərin üzərinə uzanmaqla, qatarı əngəlləyir. Beləliklə, qatarlar üç gün Ucar və Kürdəmirdə saxlanılır.

Qatarların gəlməyəcəkləri bilinir və bir neçə gündən sonra sovet qoşun hissələri Moskvaya qayıdır.

Cavid Şəmiyev

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər