top
“Gəncə yazarlarının anası”: Şairə və yazıçı Fəridə Əliyarbəyli
22 dekabr 2022, 15:59
- +

“Gəncə yazarlarının anası”: Şairə və yazıçı Fəridə Əliyarbəyli

Fəridə Həsən qızı Əliyarbəyli 2 iyul 1924-cü ildə (bəzi mənbələrdə 1 iyul) Gəncədə anadan olub.

O, Gəncədə 1 saylı orta məktəbi bitirib. Fəridə ədəbi fəaliyyətə 1939-cu ildə “Kirovabad bolşeviki” qəzetində dərc etdirdiyi “A dağlar” şeiri ilə başlayıb. O vaxtdan mətbuatda bədii yazıları ilə çıxış edib. Əliyarbəyli 1942-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. O, 1948-1950-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Gəncə bölməsində kiçik elmi işçi kimi fəaliyyət göstərib.

1950-1952-ci illərdə Azərbaycan Yazıçılar Birliyi Gəncə filialının işi bir qədər zəifləyir. Bu problemi aradan qaldırmaq üçün Bakıda Səməd Vurğun, Süleyman Rüstəm və başqalarının iştirakı ilə iclas keçirilir. Gəncə filialının Fəridə Əliyarbəyli və digərlərindən ibarət bürosu təsdiq edilir. Əliyarbəyli filialın məsul katibi seçilir. 1953-1989-cu illərdə isə o, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin rəhbəri kimi fəaliyyət göstərir.

Şairə Gəncənin təbiətinə “Bizim Gəncədə bahar”, “Göygöldə bahar”, “Maralgöl”, “Kəpəzim” kimi şeirlərini həsr edib. Əliyarbəyli Böyük Vətən müharibəsinə aid “Üçkünc məktublar”, “Qara kağız”, “Səni gözləyirəm”, “Əlvida, əzizim”, “Əsgər məktubu” və başqa şeirlərini qələmə alıb. Bundan başqa, Fəridə Əliyarbəyli “Xan qızı”, “Qonşular”, “Günahkar qız”, “Özgə yeri” kimi dram əsərlərinin müəllifidir.

Fəridə Əliyarbəylinin 1955-ci ildə “Arzular” adlı ilk kitabı çapdan çıxıb. Bundan başqa, onun “Yasəmən”, “Gəncəli qız”, “Novruz bayramı”, “Könül çırpıntıları”, “Cavad xan türbəsi” və başqa kitabları nəşr olunub.

Müəllifin şeirləri Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan və Moldovada çap olunub. Əliyarbəylinin “Pesnya, meçta i lyubov”  kitabı Moskvada dərc edilib.

Fəridə Əliyarbəyli 1953-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü, SSRİ yazıçılarının 2, 3, 5-ci qurultaylarının nümayəndəsi olub. O, 1959-1989-cu illərdə Kirovabad şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib.

Əməkdar mədəniyyət işçisi Sahib İbrahimli Fəridə Əliyarbəylini “Gəncə yazarlarının anası” adlandırıb.

Fəridə Əliyarbəyli 2011-ci ilin dekabr ayında Gəncədə vəfat edib.

Mənbələr:


  1. Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Bakı-2004.

  2. Kaspi 2018.- 1 fevral.- S.15.

  3. Mədəniyyət.- 2019.- 8 fevral.- S.6.

  4. http://www.milliarxiv.gov.az/en/feride-hesen-qizi-eliyarbeyli

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər