top
Gəncə xanlarının yaşadığı saray
24 dekabr 2022, 16:00
- +

Gəncə xanlarının yaşadığı saray

Gəncə xan sarayı kompleksi Gəncə qalasının mərkəzində yerləşib.

Gəncə xan sarayı qəsr formalı kompleks olub və bir neçə yaşayış və inzibati binadan ibarət olub. Sarayın əsas binası ikimərtəbəli olub, yerli mərmərdən və kəsmə daşlardan tikilmişdir, tavanı böyük günbəzlərlə örtülmüşdür. Zərbxana (sikkələrin kəsildiyi yer) və divanxana saray kompleksinə daxil olmaqla Narınqalanın şimal tərəfində yerləşirdi. Burada, həmçinin xan məscidi mövcud olub.

Gəncə xan sarayında, həmçinin xəritədə “xan tikilisinə aparan tağlı daş qalereya” adlandırılan tağlı tikili mövcud olub. Bu tikili saraya aparan xüsusi qapı və ya dəhliz rolunu oynamışdır. Narınqalanın əsas qapısında daşla döşənmiş geniş yol Xan məscidinin yanından keçərək əsas binaya qədər uzanırdı. Həmin yol fəvvarələrlə və ekzotik ağaclarla bəzədilmişdir.

Rəvayətlərə görə, Gəncənin yeraltı yolları məhz Xan sarayından başlayırdı. Sarayın yaxınlığında olan Çökək hamamla Şah Abbas məscidi arasından keçən bu yolun hər iki abidəyə girişi də olub.

1803-cü ildə Gəncə qalasının işğalı ərəfəsində Xan sarayı yerləşən daş sitadel 50 kvadrat sajendən (227,5 kvadratmetr) çox ərazini əhatə edirdi.

Sovet dövründə kompleksin yerində “Bakı” kinoteatrı inşa edilmişdir. 2012-2017-ci illərdə isə bu ərazidə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yeni binası tikilib.

Mənbələr:


  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

  2. Саламзаде А.В. Архитектура Азербайдана XVI-XIX вв. Баку- 1964.

  3. Бобровский П.О. Исторія 13-го Лейбъ-Гренадерскаго Эриванскаго Его Величества полка за 250 лѣтъ. Часть третья. Санкт-Петербург-1893.

  4. https://medeniyyet.az/page/news/12553/Tarixin-qaranliq-meqamlarina-isiq-salan-yeralti-yollar.html?lang=az

  5. Foto: Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

  6. Foto: А.В.Саламзаде, Э.В.Авалов и Р. Д.Салаев. Проблемы сохранения и реконструкции исторических городов Азербайджана. Баку-1979.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər