top
Gəncə qapılarının Gürcüstana aparılma səbəbi qisas idi?
29 sentyabr 2023, 16:00
- +

Gəncə qapılarının Gürcüstana aparılma səbəbi qisas idi?

XI əsrə aid Gəncə qapılarının bir tayı hal-hazırda Gürcüstanda, Gelati monastırında yerləşir.

Qapılar 30 sentyabr 1139-cu ildə Gəncədə zəlzələ baş verəndən sonra dağılan şəhəri qarət edən gürcü hökmdarı I Demetri tərəfindən Gürcüstana aparılmışdır. Qapı qənimət kimi götürülmüşdür.

Lakin məhz qapıların aparılması sual doğurur. Gürcülərin Gəncə qapılarını aparması səbəbini tarixçi-alim Əkbər Nəcəf cavablandırıb.

Qədim dövlətlərdə Qapı müqəddəs hesab edilirdi.

İndiki Gürcüstanın ərazisində vaxtilə mövcud olmuş Gürcüstan çarlığı özünü Bizansın varisi hesab edirdi. Ehtimal edilir ki, bu səbəbdən gürcülər Bizans adına müsəlmanlardan bir hadisənin qisasını almaq istəyirdilər.

Belə ki, IX əsrdə Abbasi xəlifəsi əl-Mötəsim Billah ordusu ilə Bizansa məxsus Anqor və ya Ankir (indiki Ankara) qalasını ələ keçirərkən, qənimət olaraq, qalanın qapılarının çıxardılıb Bağdada gətirilməsini əmr edib. Həmin qapılar Bağdadda “Bizansın qapısı” olaraq, uzun illər sərgilənib.

Gürcü çarı ordusu ilə Gəncəyə hücum edərək Gəncənin qapılarını çıxarıb apararkən “Bizansın qapıları”nı xilas etdiyini düşünürdü.

Gəncə qapıları 1063-cü ildə Şəddadilər dövlətinin hökmdarı Əbüləsvar Şavurun əmri ilə hazırlanmışdır. Bu dəmir qapılar Gəncənin girişində, xarici hücumlardan qorunmaq məqsədi ilə quraşdırılmışdır.

Mənbələr:


  1. История Грузии. Т. I. (С древнейших времен до 60-х годов XIX века). Тбилиси -1962.

  2. Sadıq Şükürov. Gəncənin tarixi abidələri. Gəncə-1998.

  3. https://gancapost.info/az/article/185/gurcul-r-g-nc-qapilarini-niy-apardilar-qisas-yoxsa/

  4. https://olke.az/read/144059/gurculer-gence-qapilarini-niye-apardilar-qisas-yoxsa-tarixi-faktlar-144059/javascript()

  5. https://teleqraf.com/news/art/94822.html

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər