top
Gəncə qalasının işğalından 218 il keçir
03 yanvar 2022, 09:00
- ↺ +

Gəncə qalasının işğalından 218 il keçir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1802-сi ildə Rusiya imperiyasının ordusu Azərbaycan xanlıqlarına qarşı hücuma keçir.

Gəncə xanlığı, əlverişli coğrafi mövqeyinə görə "şimal xanlıqlarının açarı" hesab edilirdi və bu səbəbdən, Rusiya imperiyasının marağını doğururdu. Gəncənin ələ keçirilməsi gürcü əsilli general knyaz Pavel Sisianova tapşırılmışdı.

Sisianov Gəncəyə hücümü tez başlamağa çalışırdı, çünki o bilirdi ki, Cavad xan rus himayədarlığı haqqında düşünmür və müdafiəyə hazırlaşır. Cavad xan rus qoşunlarının Gəncəyə hücüm edəcəyini bilirdi. Bu səbəbdən, o mövqelərini möhkəmləndirmiş, ermənilərin Rusiyaya rəğbətini bildiyindən onları sərhəddən uzaqlaşdırmışdı.

Gəncəyə yürüş üçün 6 batalyon və 3 eskadrondan ibarət dəstə təşkil edilmişdir. 22 noyabr Gəncə xanlığı üzərinə yürüş başlanır. Noyabrın 29-u Sisianov qoşunları ilə indiki Şəmkir ərazisinə çatır və Cavad xana xəbər göndərir, ondan Gəncə qalasını verməyi tələb edir. O, bu tələbini Gəncənin çariça Tamara dövründə Gürcüstana aid olduğunu və gürcü çarlarının zəifliyi dövründə alındığını, Cavad xanın 6 il əvvəl Rusiya təbəəsi olduğunu və xanın adamlarının qarət etdikləri Tiflis tacirləri onun tərəfindən razı salınmadıqları ilə əsaslandırır.

Cavad xan da Sisianova məktub yazır və orada bu tarixi iddiaları rədd edir. O, yazır: "... Əgər mən desəm ki, mənim babalarım Gürcüstanda vali olub, heç kəs bu sözlərimi  qəbul etməz və mənə hörmətindən Gürcüstanı qaytarmaz…Sən həm də yazmışdın ki, mən guya əvvəl tabəlikdə olmuşam, ancaq sənə məlum olsun ki, mənim əlimdə sənin padşahının reskripti var. Bax gör, mən orada Gəncə bəylərbəyi və ya Gürcüstan vassalı adlandırılmışammı? Bundan görünür ki, sənin sözlərin yalandı…Döyüşmək istəyirsənsə, o zaman döyüşəcəyik".

Xanın cavabı Sisianovun gözləntilərini doğrultmur və o qoşunları ilə, 1803-cü ilin qışında Gəncəyə yaxınlaşır. Gəncə xanlığı və rus ordusunun ilk toqquşması şəhərdən 3 km aralıqda yerləşən, "Quru-Qobu" adlanan ərazidə baş verir. Daha sonra 2 dekabr 1803-cü ildə Bağbanlar məhəlləsi yanında toqquşma baş verir. Gəncəlilərin müqavimətinə baxmayaraq, onlar tərəfdən vuruşan 300 erməni təslim olur. Ruslar tərəfdən 7 rus zabiti həlak olur, 30-u isə yaralanır.

Müqavimət gözləməyən rus qoşunları, bu döyüşdən sonra bir ay ərzində heç bir hücüma keçmədən, qalanın mühasirəsi ilə kifayətlənirlər.

Böyük itkilərə və hərbi təchizat çatışmazlığına, xəstəliklərin yayılmasına baxmayaraq, Cavad xan təslim olmur. O, Sisianovun Gəncənin təslim olması ilə bağlı bütün məktublarını rədd edir. Sisianov yazırdı: "Şəhəri alacam…". Cavad xan isə cavab olaraq deyirdi: "Məni qala divarının üstündə ölü tapacaqsınız, bu baş verərsə".

3 yanvar 1804-cü ildə Gəncə qalasına basqın edilir. Müqavimətə baxmayaraq, bu dəfə Sisianov şəhərə girə bildi. Ruslar tərəfdən 250-dən çox yaralı və ölü var idi. Bu döyüşdə Cavad xan, onun oğlu Hüseyn-qulu bəy və 1500-dən çox sakin həlak olmuşdur. 8585 kişi və 8639 qadın əsir götürülmüşdür.

[caption id="attachment_7714" align="alignnone" width="300"]Foto: Бобровский П. О. Исторiя 13-го Лейбъ-Гренадерскаго Эриванскаго Его Величества полка за 250 лѣтъ Foto: Бобровский П. О. Исторiя 13-го Лейбъ-Гренадерскаго Эриванскаго Его Величества полка за 250 лѣтъ[/caption]

Mənbələr:


  1. Бобровский П. О. Исторiя 13-го Лейбъ-Гренадерскаго Эриванскаго Его Величества полка за 250 лѣтъ. Часть третья. Санкт-Петербург-1893.

  2. Николай Федорович Дубровин. Закавказье от 1803-1806 года. Санкт-Петербург-1866.

  3. Бабаев Эльгюн. Из истории Гянджинского ханства. Баку-2003.

  4. А.А.Каспари. Покоренный Кавказ. Санкт-Петербург-1904.

  5. Foto: Бобровский П. О. Исторiя 13-го Лейбъ-Гренадерскаго Эриванскаго Его Величества полка за 250 лѣтъ. Часть третья. Санкт-Петербург-1893.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Oxşar xəbərlər