top
Gəncənin tarixi adının bərpasıdan 32 il keçir
30 dekabr 2021, 09:00
- +

Gəncənin tarixi adının bərpasıdan 32 il keçir

1935-ci ildə Azərbaycan SSR birinci katibi Mir Cəfər Bağırovun göstərişi ilə Gəncə şəhərinin adı Kirovabad adlandırılmışdır. Şəhərə Azərbaycanın işğalında və bu ərazidə ermənilər üçün muxtar vilayətin yaradılmasında böyük rolu olmuş Sergey Mironoviç Kirovun adı verilmişdir.

Gəncənin adının bərpası uğrunda ilk addımlar 1980-ci illərdə atılıb. Bu dövrdə respublikaya rəhbərlik edən ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Kirovabadda Gəncə adlı rayon yaradıldı. Orada salınan təzə yaşayış massivi də "Yeni Gəncə" adlandırıldı. Beləliklə, Gəncə adı yenidən rəsmi sənədlərdə istifadə edilməyə başladı.

13 fevral 1987-ci ildə Bakıda keçirilən Azərbaycan jurnalistlərinin VII qurultayında, "Kirovabadskiy raboçiy" qəzetinin redaktor müavini Nüşabə Məmmədli Gəncə adının bərpa olunmasını təklif edir. Azərbaycan KP MK-nin birinci katibi Kamran Bağırov buna qəzəblə cavab verir: "Nədi, millətçilik toxumu səpirsiniz?...Baxın, aramızda xalq düşməni oturub və belələrinə qarşı amansız olmalıyıq".

1988-1989-cu illərdə Gəncə adının bərpası uğrunda çağırışlar artmağa başlayır. 1989-cu ilin payız aylarında şəhərin adının dəyişdirilməsi məqsədi ilə, şəhərdə əhalidən imza toplanma kampaniyası başlayır. Nəticədə 60 minə yaxın imza toplanır. Bu kampaniyada azərbaycanlılardan başqa şəhərdə yaşayan ruslar, ukraynalılar və yəhudilər də iştirak etmiş, ədalətin bərpasına tərəfdar olduqlarını bildirmişdilər.

9 dekabr 1989-cu ildə Kirovabad şəhər Xalq Deputatları Sovetinin sessiyası açılır. Burada şəhərin adının bərpası məsələsi müzakirə olunur, qərara alınır ki, yuxarı instansiyalara məktub yazılsın və lazım olan vəsait toplansın. Əhməd İsayev "Gəncə və Gəncəlilər" kitabında bu haqda belə yazır: "Söhbət Gəncə adının bərpasının vacibliyindən gedir...Hamı sanki toya, bayrama gəlib. Hamı ümidlə, ürəklə deyir. "Məktub lazımdır? - Yazaq! - deyirlər. - Vəsait lazımdır? - Yiğaq! - deyirlər. - Nə lazımdır edək, təki Gəncənin adı bərpa olunsun!".

Bu dövrdə Respublika Mədəniyyət Fondu "Gəncə" adının bərpasına vəsait toplamaq üçün bankda hesab açmışdı.

30 dekabr 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə Kirovabad adı dəyişilərək, şəhərin tarixi adı - Gəncə bərpa olundu.

 

Mənbələr:


  1. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008

  2. 525-ci qəzet.- 2010.- 22 may.- S.14-15.

  3. https://news.milli.az/society/394260.html

  4. https://az.trend.az/azerbaijan/society/2348987.html

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər