top
Gəncənin tarixi adını bərpa etməyə cəhd edən Tofiq Bağırov
23 fevral 2023, 16:00
- +

Gəncənin tarixi adını bərpa etməyə cəhd edən Tofiq Bağırov

Tofiq Məsim oğlu Bağırov 25 fevral 1926-cı ildə Göygölün Topalhəsənli kəndində anadan olub.

Gəncədə orta məktəbi bitirdikdən sonra o, 1943-cü ildə Tiflis Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutuna daxil olmuş, 1948-ci ildə institutu bitirərək Mahaçqalaya işləməyə göndərilmişdir. Sonralar Bağırov 1952-ci ildə Moskva Dəmiryol Akademiyasında Ali Mühəndislər kursunu bitirib, Biləcəri qovşağının rəisi təyin edilib.

Sonralar Bağırov Dəmir Yolları Bakı hissəsinin rəisi, Azərbaycan Dəmir Yolları İdarəsinin I-ci müavini vəzifələrində çalışır. 1961-ci ildə onu Avtomobil Təsərrüfatı naziri təyin edirlər. O, 1962-ci ildə Gəncə şəhər Partiya Komitəsinin I-ci katibi vəzifəsinə təyin edilir.

Tofiq Bağırov Kirovabad adını rəsmi yerlərdə işlətsə də, Gəncə adını bərpa etməyə cəhdlər göstərir. Şəhərin müxtəlif yerlərində "Gəncə" adını mehmanxana, univermaq, küçəyə verdirir, tanıdığı şair və yazıçılardan "Gəncə" adı ilə şeirlər, məqalələr yazmağı xahiş edir. Cavad xanın yeganə əksi onun səyi ilə xalça üzərinə köçürülərək Azərbaycana gətirilir.

Bağırov 1965-ci ildə Azərbaycan KP MK-nın Rəyasət heyətinə göndərdiyi məktubunda Kirovabad şəhərinin Gəncə adlandırılması məsələsini qaldırıb. Azərbaycanın Rusiyaya birləşdirilməsinin 150 illiyi ölkədə qeyd ediləndə Azərbaycana qonaq gələn SSRİ Ali Sovetinin sədri Podqornının rəsmi səfər proqramında Gəncəyə səyahəti də nəzərdə tutulmuşdu. Tofiq Bağırov Podqornı ilə söhbətdə "Kirovabad" adının, "Gəncə" adı ilə əvəzlənməsi barədə söhbət salır, dəlil və sübutlarla onu buna inandırır. Podqornı isə deyir: "Bu, sizin özünüzdən asılıdır. Biz etiraz etmərik". Lakin o dövrdə Bağırovu müdafiə edənlər olmadı.

Bağırovun dövründə Gəncənin baş planı hazırlanmış, yeni küçələr, parklar salınmışdı. 1991-ci ildə ona Gəncənin Fəxri Vətəndaşı adı verilmişdir.

Bağırov, həmçinin Azərbaycan KP Mərkəzi Komitəsində Təşkilat və Partiya orqanları şöbəsinin müdiri (1966–1971), Azərbaycan Dəmir Yolu İdarəsinin birinci rəis müavini (1971–1983) vəzifələrində çalışıb, Azərbaycan SSR Ali Sovetinə, bir dəfə isə SSRİ Ali Sovetinə deputat seçilib. O, Müstəqillik Aktının müəlliflərindən biri olub. Komissiya sədri kimi onun təklifi ilə 18 oktyabr tarixi Azərbaycanda bayram kimi qeyd olunur.

Tofiq Bağırov 2003-cü ildə vəfat edib.

Mənbələr:


  1. Əzizli E. Onu Gəncə böyütmüşdü... o da Gəncəni böyütdü //Təzadlar.- 2010.- 27 fevral-2 mart.

  2. Musayev M.T. Azərbaycanlı deputatlar SSRİ parlamentində 1938-1988 . Bakı-2000.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər