top
Gəncənin son xanı haqqında çəkilən film
02 avqust 2023, 00:05
- ↺ +

Gəncənin son xanı haqqında çəkilən film

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan kinosunun 125 yaşı tamam olur. Bu münasibətlə sizə Gəncənin qəhrəman xanı Cavad xan haqqında çəkilmiş filmə aid məlumatı təqdim edirik:

“Cavad xan” filmi Xalq şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanının motivləri əsasında, mərhum rejissor Rövşən Almuradlı tərəfindən çəkilib. Filmin məzmunu XIX əsrin əvvəllərində öz oğulları ilə birlikdə Vətən uğrunda Sisianovun başçılığı altında rus qoşunlarına qarşı mübarizə aparan və mərdliklə həlak olan sərkərdə, sonuncu Gəncə xanı Cavad xan barəsindədir.

Çəkilişlər Gəncədə, həmçinin Şəki və Zaqatala rayonlarında baş tutub. Cavad xanın divanxanası, kitabxana, Alban kilsəsinin daxili çəkilişləri pavilyonda, gürcü çariçanın ziyafət səhnəsi Bakı Mahnı Teatrında çəkilib. Kitabxananın yanma səhnəsində Azərbaycan kinosu tarixində ilk dəfə kompüter qrafikasından istifadə olunub.

Film o dövr üçün Azərbaycanda ən bahalı ekran əsəri hesab edilirdi. Filmdəki paltar və qiyafətlər Sankt-Peterburq şəhərindən sifariş edilib gətirilmişdir. Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gələn film üçün əvvəlcə 800 min manat vəsait ayrılsa da, bu yetərli olmayıb, yazıçı Sabir Rüstəmxanlının müraciətindən sonra əlavə vəsait də ayrılıb.

Filmin premyerası 2009-cu il 31 iyulda Bakıda, Heydər Əliyev Sarayında keçirilib, 17 sentyabrda isə Gəncədə, İcra Hakimiyyəti binasında nümayiş etdirilib. Filmin nümayişi, həmçinin Türkiyə, ABŞ, Polşa, Macarıstan kimi ölkələrdə keçirilib. 2010-cu ildə film Ukrayna dilində Ukrayna milli televiziyasının (UMT) birinci kanalında nümayiş etdirilmişdir. Rusiyada isə “Cavad xan” filminə qadağa qoyulub.

Filmdə 150-yə yaxın aktyor, o cümlədən xalq artistləri Nurəddin Mehdixanlı (Cavad xan), Ramiz Novruz (Sisianov), həmçinin Salam İsmayıl (Şeyx Yusif), Nuriyyə Hüseynova (Şükufə xanım), Rövşən Kərimduxt (Qasım bəy), İlqar Musayev (Uğurlu xan), Anar Fərəcbəyli (Hüseyn xan), Cavidan Novruz (Əliqulu xan) və başqa aktyorlar çəkiliblər. Filmin kütləvi səhnələrində daxili qoşunların əsgərləri də iştirak ediblər.

Mənbələr:


  1. Gəncə böyük hərflə. №19, sentyabr-oktyabr 2019

  2. https://aqreqator.az/az/medeniyyet/137904

  3. https://medeniyyet.az/page/news/3203/Cavad-xan:-Ya-veten-ya-kefen.html

  4. http://www.anl.az/down/meqale/edebiyyat/2010/noyabr/140458.htm

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:27

Sabah Gəncədə 27 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:08

Gəncədə zəncirvari qəza: piyadanı maşın vurdu

Bütün xəbərlər
Bu gün, 13:49

Gəncədə yerləşmə müəssisələrində monitorinq keçirilib

Bütün xəbərlər
Bu gün, 13:11

Bakı-Gəncə avtobusu Kürdəmirdə "Mercedes"ə çırpıldı

Bütün xəbərlər
Bu gün, 12:26

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 10:33

Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən kişi TUTULUB

Bütün xəbərlər
Bu gün, 10:24

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bütün xəbərlər
Bu gün, 09:02

Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı

Bütün xəbərlər
Bu gün, 00:40

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün xəbərlər
Dünən, 14:52

Gəncədə atasını yuxudan oyadan oğul 25 gün həbsdə olacaq

Tarix
Dünən, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
10 oktyabr 2026, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
10 oktyabr 2026, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
10 oktyabr 2026, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
10 oktyabr 2026, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
10 oktyabr 2026, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
10 oktyabr 2026, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
10 oktyabr 2026, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
10 oktyabr 2026, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
09 oktyabr 2026, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Oxşar xəbərlər