top
Gəncənin Qırıxlı məscidində fəaliyyət göstərmiş şəfa mənbəyi: “Yaşıl aptek”
18 mart 2023, 16:20
- +

Gəncənin Qırıxlı məscidində fəaliyyət göstərmiş şəfa mənbəyi: “Yaşıl aptek”

“Şəfa çiçəyi” əczaxanası və ya “Yaşıl aptek” Gəncənin Qırıxlı məhəlləsində, Bağmanlar və Gəncə küçələrinin kəsişməsində yerləşirdi. Aptek Qırıxlı məscidinin binasında fəaliyyət göstərirdi.

Sovet dövründə dinə qarşı mübarizə çərçivəsində ilk öncə dini məbəddən anbar və yeməkxana kimi istifadə olunurdu. Ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olarkən Gəncədəki memarlıq abidələrinin qorunub mühafizə edilməsi və sakinlərin istifadəsinə verilməsi üçün xüsusi iş planı tərtib edilir. Beləliklə, məscid binası əsaslı təmir və bərpadan sonra 1980-ci ildə “Şəfa çiçəyi” adı ilə müalicəvi aptekə çevrilir. Əczaxananın açılışında Heydər Əliyev özü də iştirak edir.

Yaşıl aptekdə yalnız təbii otlardan hazırlanmış dərmanlar və müəlicəvi bitkilər satılırdı. Bu əczaxananın bitki və dərman diapazonu digər şəhərlərdə yerləşən tanınmış apteklərin diapazonundan böyük idi.

“Nedelya” qəzetinin 1980-ci il 47-ci buraxılışında əczaxana və buradakı müalicəvi otlar haqqında məqalə yazılmışdır. Orada aptek haqda belə qeyd var idi: “Şəfa çiçəyinin içərisi çox əlverişlidir. Burada çay içmək olar, qəfəslərdə ötən bülbüllərin cəh-cəhini dinləmək də, rəngarəng  akvariuma baxmaq da maraqlıdır, sadəcə əyləşib istirahət etmək də…”. Qəzetin bu buraxılışından sonra Yaşıl aptekə tək Gəncə və Azərbaycandan yox, digər sovet respublikalarından da müraciət olunmağa başladı. Əsasən, buraya Ukrayna və Belorusiyadan axın çox idi.

1997-ci ildə “Şəfa çiçəyi” əczaxanası fəaliyyətini dayandırır və məscidin fəaliyyəti bərpa olunur. Şəhərin bəzi sakinləri bu günədək məscidə yaşıl aptek deyirlər.

Mənbələr:


  1. Неделя. - 1980. - № 47.

  2. Sadıq Şükürov. Gəncənin tarixi abidələrindən. Gəncə-1998.

  3. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.

  4. Gəncə böyük hərflə. №19. Gəncə-2009.

  5. 525-ci qəzet.- 2014.- 21 oktyabr.- S.7.

  6. Каспiй. - 2017.- 30 сентября. - № 161.

  7. Каспiй. - 2017.- 3 октября. - № 162.

  8. https://www.youtube.com/watch?v=HAzCTd_y5yw

  9. https://ru-ru.facebook.com/ganjahaydaraliyevcenter/photos/ulu-%C3%B6nd%C9%99r-heyd%C9%99r-%C9%99liyevin-g%C9%99nc%C9%99-s%C9%99f%C9%99rl%C9%99ri1970-1980-ci-ill%C9%99rd%C9%99-g%C9%99nc%C9%99nin-iqtisadiy/2053881661424753/

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər