top
Gəncənin İmamzadə türbəsi haqqında rəvayət
28 dekabr 2021, 14:00
- ↺ +

Gəncənin İmamzadə türbəsi haqqında rəvayət

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə yerləşən İmamzadə türbəsi haqqında bir rəvayət var. Bu rəvayət alim Sadıq Şükürovun "Gəncənin tarixi abidələrindən" əsərində yazılmış, 1967-ci ildə Goranboy rayon sakini, Gəncə şəhəri 27 nömrəli orta məktəbin tarix müəllimi olan Yusifov Bayramın danışığından götürülmüşdür.

Rəvayətə görə, beşinci İmam Məhəmməd Bağırın oğlu İbrahim qan davası zamanı kiçik qardaşı ilə sağ qalıb, qaçıb Azərbaycan ərazisinə gəlmişdir. Onlar Bərdəyə gəlib, burada sığınacaq tapmışdırlar.

Bir neçə ildən sonra qardaşların sağ qaldıqlarını düşmənlər bilib, Bərdəyə gəlib və onları tələb etmişdilər. Bu zaman İbrahim şahzadə çöldə işləyirmiş. O, düşmənlərin Bərdəyə gəldiyindən xəbər tutub, baş götürüb Əhmədbəyli kəndinə (indiki Samux rayonunun ərazisi, İmamzadə türbəsindən 5 km aralıqda), Gəncəbasarın hörmətli, nufuzlu feodalı Əhmədbəyin yanına qaçmışdır. Bu bəy, İbrahimin gündüzlər kəndin yaxınlığındakı meşədə gəzməyinə, axşamlar evdə gecələməsinə razılıq vermişdi.

Bir dəfə çox gəzib dolaşan şahzadə yorulur, meşədən keçib, kəndə tərəf axan çayın (indiki Gəncəçay) yaxınında yatır. Əhmədbəyin düşmənləri isə onu hörmətdən salmaq üçün himayəsinə götürdüyü qonağı - şahzadəni öldürür. Bundan xəbər tutan Əhmədbəy, şahzadəni öz adına layiq, alban-türk abidələrinin xarabalıqları yanında (hal-hazırda İmamzadə kompleksinin yerləşdiyi ərazi) dəfn etmişdir.

Bir müddət sonra qərib qəbir adlanmış, sonra isə "Qərib İmamzadə" adı ilə tanınmışdır. İllər keçdikcə onun ətrafında "Qərib İmamzadə"nin şərəfinə dəfn edilənlərin sayı artmışdır. Bundan sonra öz qohum-əqrəbasının qəbrini yad etməyə gələnlər, əvvəlcə qərib qəbri ziyarət edirdilər, onun üstündə şam yandırırdılar. Nəsillər dəyişdikcə bu qəbir öz qəribliyini itirib, müqəddəsləşmiş və ziyarətgaha çevrilmişdir.

Hal-hazırda dövrümüzə gəlib çatan İmamzadə kompleksində, alban memarlıq üslubundan heç bir əlamət qalmayıb.

[caption id="attachment_7534" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Oxşar xəbərlər