top
Gəncənin ilk şəhidlərindən biri Bəxtiyar Əliyevin anım günüdür
14 yanvar 2024, 11:00
- +

Gəncənin ilk şəhidlərindən biri Bəxtiyar Əliyevin anım günüdür

Bəxtiyar Nadir oğlu Əliyev 1965-ci ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunda anadan olub. Bəxtiyar Gəncə şəhərinin ilk şəhidlərindən biridir.

O, 1968-ci ildə ailəsi ilə birlikdə Gəncəyə köçüb. Bəxtiyar Əliyev Gəncə şəhər 1saylı orta məktəbini bitirib. 1983-cü ildə o, həqiqi hərbi xidmətə çağırılıb. Bəxtiyar 2 il Kamçatkada xidmət etdikdən sonra Gəncəyə geri dönüb, buradakı Sement-beton zavodunda işləməyə başlayıb.

Bəxtiyar Əliyev 1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub. Bəxtiyar 100-dən çox erməni ailəsinin Gəncədən çıxarılmasında böyük fəallıq göstərib, onların şəhərdən ərzaq aparmalarına imkan verməyib. O, əksinə, erməni ailələrindən götürdüyü ərzaqlarla Hacıkənddə 44 azərbaycanlı ailəsinin tədarükünü təmin edib.

Yanvarın 12-də Çaykənd - Todan zonasında böyük gərginlik yaranır. Ermənistandan gələn vertolyotlar silah və təlim görmüş insanlar daşıyırdı. Onlar Çaykənd ərazisinin dinc əhalisini girov götürüb, hökumət adamlarını belə Göygöl zonasına buraxmırdılar. Buna dözməyən igidlər dəstələr yaradaraq, düşmənin üstünə gedirdilər.

13 yanvar 1990-cı ildə Bəxtiyar Əliyev döyüş yoldaşları Ruzigar Qasımov və Abbasqulu Məmmədovla birlikdə Çaykənddə ermənilərlə qarşılaşır. Nəticədə bir erməni zabiti Bəxtiyarı tutur və silahla Ruzigarı vurmağı əmr edir. Bəxtiyar isə bu təklifi rədd edərək, erməni zabitinin üzünə tüpürür. Həmin erməni isə tapança ilə Bəxtiyarın üzündən vurur. Beləliklə, Əliyev Bəxtiyar şəhidlik zirvəsinə ucalır.

Bu hadisənin şahidi olan ermənilər Bəxtiyarın vətənpərvər, qeyrətli, xalq naminə canını qurban verən oğul olduğunu söyləyirdilər.

Bəxtiyar Əliyev 14 yanvar 1990-cı ildə Gəncənin Şəhidlər xiyabanında dəfn olunub. Gəncədə şəhidin adını daşıyan küçə mövcuddur.

Mənbələr:


  1. Gəncə şəhərinin hərb tarixi və şəhidləri. Gəncə-2013.

  2. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.

  3. https://gancapost.info/az/article/316/g-nc-nin-ilk-s-hidl-ri-hadis-l-r-nec-basladi/

  4. https://gencesehidleri.az/sehidler/103-eliyev-bextiyar-nadir-oglu.html

  5. https://azertag.az/xeber/GANCANIN_ILK_SAHIDLARININ_XATIRASI_ANILMISDIR-304188

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər