top
Gəncənin Abbasabad adlandırılması haqqında hekayə
27 iyul 2023, 16:00
- +

Gəncənin Abbasabad adlandırılması haqqında hekayə

Gəncənin Abbasabad adlandırılması haqqında “Güvəncin nağılları” kitabında bir hekayə var. Bu hekayəni sizə təqdim edirik:

Günlərin bir günü Şah Abbas sarayında bir səyyahla söhbət edirdi. Onlar xeyli danışandan sonra səyyahdan soruşdu:

- De görüm, dünyada Mazandarandan gözəl şəhər varmı?

Səyyah dedi:

- Şah sağ olsun, var.

Şah Abbas soruşdu:

- O hansı şəhərdi elə?

Səyyah dedi:

- Şah sağ olsun, Gəncə. Nə Günbatanda, nə Gündoğanda elə gözəl şəhər görməmişəm.

Səhəri gün Şah Abbas bunu yoxlamaq üçün Gəncəyə bir elçi yolladı və dedi: “Səyyahın tərifinə dəyər, ya yox?”. Qasid bir həftədən sonra qayıdıb gəldi. Şah Abbas dedi:

- Nə görmüsən, danış.

Qasid dedi:

- Şah sağ olsun, Gəncə, elə bir cənnətməkandı ki, baxanda adamın gözü qamaşır. Sizə layiq şəhərdi.

Şah Abbas fikrə getdi. Neyləsin-neyləməsin? Axırda göstəriş verdi və qoşun hazır oldu. Say-seçmə əsgərlərlə Gəncəyə yollandı. Şəhəri mühasirəyə aldı və xəbər göndərdi ki, təslim olun. Amma elçiyə verilən cavab sərt oldu:

- Gəncə heç vaxt təslim olmaz! Şaha deyin ki, bizim dəmirçilərin düzəltdikləri qılınclar çox iti olur.

Şah Abbas bu xəbəri eşidən kimi əmr verdi ki, şəhərə hücum etsinlər. Gəncəlilər düz 40 gün, 40 gecə döyüşdülər. Evlər, bağlar xarabaya döndü. Amma Şah Abbas gördü ki, Gəncə səyyahın dediyi kimi, Mazandarandan gözəldi.

Şəhəri ələ keçirən Şah Abbas əmr edir ki, şəhərin adını dəyişdirib Abbasabad qoysunlar və “Gəncə” deyənin dilini kəssinlər. Lakin heç bir gəncəli, dili kəsilsə də, Gəncəyə Abbasabad demədi. Bunu görən Şah Abbas əmr etdi ki, xeyli aralıda, indiki Gəncənin yerində təzə şəhər salınsın, adı da Abbasabad olsun.

Təzə şəhər salındı, lakin xalq ona yenə də Abbasabad yox, Gəncə dedi. Aradan illər keçdi, yerli əhali yadelli işğalçılardan şəhəri azad etdi.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər