top
Gəncə mədrəsəsi: şəhərin qədim dini təhsil ocağı
18 fevral 2023, 16:00
- ↺ +

Gəncə mədrəsəsi: şəhərin qədim dini təhsil ocağı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə mədrəsəsi Gəncəçayın sol sahilində, Gəncənin mərkəzində yerləşən Şah Abbas məscidinin şərq və qismən cənub hissəsindəki hasarı boyunca yerləşib. Mədrəsənin yalnız bir hissəsi günümüzə kimi gəlib çıxmışdır.

Mədrəsə binası bir mərtəbədən ibarət və uzunsov formaya malik olub . Dini təhsil ocağının qabaq divarı sadə çatma tağların əvəzlənməsi üsulu ilə qurulmuşdur. Mədrəsə binasının əsas giriş qapısı tağvari formada olub. Bu qapı Şah Abbas məscidinin şərq qapısı ilə, demək olar ki, üz-üzə açılmışdır. Mədrəsənin sinifləri kiçik otaqlardan ibarət idi.

1830-cu ildə burada 100-ə qədər tələbə təhsil alıb. Təhsil haqqı oxuma vaxtından asılı idi və bir abbasıdan üç abbasıya (Səfəvilər dövlətində rəsmi pul vahidi) kimi dəyişirdi. O vaxt Gəncədə bir abbası gümüş pulla 14 qəpik, mis pulla isə 49 qəpik idi.

Həmçinin məscidin həyətində kiçik birmərtəbəli binalar mövcud olub. Burada ruhanilər, dərvişlər, seyidlər və mədrəsədə oxuyan tələbələr yaşayıblar. 1804-cü ildə belə binaların sayı 47-yə çatırdı.

Gəncə mədrəsəsində təbiətşünaslıq, riyaziyyat, astronomiya, memarlıq, fəlsəfə, məntiq və islam elmini öyrənirdilər.

XVIII əsr şairi və maarifçisi Mirzə Şəfi Vazeh mədrəsədə xəttatlıq və Azərbaycan dilindən dərs deyib. Ehtimal edilir ki, onun tələbələrindən biri olan maarifçi, milli dramaturgiya və ədəbiyyatşünaslığın banilərindən biri Mirzə Fətəli Axundzadə də Gəncə mədrəsəsində təhsil alıb.

Sonralar mədrəsə binasında rus-müsəlman məktəbi fəaliyyət göstərib.

Mədrəsə və məscid nəzdində vaxtı ilə kitabxana mövcud olub. Sovet dövründə burada olan kitabları məscidin həyətində tonqal qalayıb yandırmışdılar. Həmçinin bu dövrdə mədrəsə binası da dağıdılmışdır.

Hal-hazırda mədrəsə binası bərpa olunub.

Mənbələr:


  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

  2. Ф.М.Мамедов. Гянджа. Баку-1998

  3. Саламзаде, А. Архитектура Азербайдана XVI-XIX вв. Баку-1964.

  4. Камиль Мамед-задe. Строительное искусство Азербайджана. Баку-1983.

  5. Mehdiyev А.Architecture of Madrasa in Azerbaijan. International Academy Journal Web of Scholar -2019.

  6. Gəncə şəhərinin rus işğalına qədərki memarlığı.

  7. https://www.trend.az/life/culture/3482158.html

  8. https://www.youtube.com/watch?v=br1pmQ_VY74

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Oxşar xəbərlər