top
Gəncəlilər haqqında rəvayət: Roma qəbiristanlığı
01 fevral 2022, 13:30
- +

Gəncəlilər haqqında rəvayət: Roma qəbiristanlığı

Qədimdə Gəncənin Qoşqar səmtində bir qəbiristanlıq var idi. Həmin qəbiristanlıq hal-hazırda Daşkəsən rayonunun Bayan kəndi ərazisində yerləşir.

Rəvayətə görə, bu qəbiristanlıqda dünyanı sarsıdan Roma qoşunlarının məzarları olub. Əfsanədə gəncəlilərin və Roma qoşunlarının vuruşmasından danışılır.

Bir çox dövlətləri viran edən Roma qoşunları Gəncə dağlarından keçmək istərkən gəncəlilər buna imkan vermir.  Gəncənin təkcə  kişiləri yox, qadınları da at minir, qılınc çəkir, ox atır və düşməni göz açmağa qoymurlar. Romalılardan qırılan qırılır, qalanlar da düzənliyə yığışır ki, tələ qurub, gəncəlilərin enməsini gözləsinlər.

Yad yerdə  Gəncənin havası da, torpağı da düşmənə qənim kəsilir. Yağış bir yandan, duman bir yandan. Romalılar yolu-izi itirirlər və dağ meşələrinə sığınırlar. Bu zaman hər yandan yağış kimi ox yağmağa başlayır və səhərə qədər belə davam edir. Gün çıxıb, duman da çəkiləndən sonra romalılar görürlər ki, at belində qılınc oynadan bu döyüşçülərin çoxu qadın imiş.

Ölənlər ölür, sağ qalanı da yerə uzanıb əllərini göyə qaldırır. Mərd qadınlar deyirlər ki, qalxın ayağa, bizim daha sizinlə işimiz yoxdur. Gəldiyiniz yolla geri qayıdın. Öz padşahınıza deyin ki, bir də bizim tərəflərə qoşun göndərməyə cürət etməsin. Rəvayətə görə, romalılar dağılışır, bir az sonra isə ölüləri bir yerə basdırırlar, beləliklə də, "Roma qəbiristanlığı" yaranır.

Bu rəvayətin mənası odur ki, gəncəlilər həmişə dosta dost, düşmənə düşmən olublar.

Mənbələr: 


  1. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.

  2. https://www.youtube.com/watch?v=5ZS95Sp_Hfw&t=418s

  3. http://www.anl.az/down/meqale/azerbaycan/2010/aprel/114876.htm

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər