top
Gəncəlilər almanların sürgün edilməsinə necə qarşı çıxdılar?
20 may 2023, 16:00
- +

Gəncəlilər almanların sürgün edilməsinə necə qarşı çıxdılar?

Birinci Dünya müharibəsi zamanı (1914-1918-ci illər) Rusiya imperiyasının tərkibində yaşayan almanlar üçün çətin bir vəziyyət yarandı.

Müharibə başlayandan bir müddət sonra Gəncə valisinə Qafqazdakı almanlarla əlaqədar bir teleqram gəlir. Teleqrama əsasən, alman koloniyalarında yaşayan almanlar 60, 40 və 20 qızıla əmlaklarını satmalı idilər. Lakin bu qiymət çox aşağı idi və ən kasıb almanın mülkü və heyvanlarının dəyəri bir neçə yüz qızıl dəyərində idi. Həmçinin onların əmlakları digər xristianlara satılmalı, almanlar isə Sibirə sürgün edilməli idilər.

Bu hadisə gəncəliləri narahat etdi və onlar almanların sürgün edilməsi ilə razı olmadılar. Bu səbəbdən şəhərin siyasi xadimləri toplaşaraq, məsələni müzakirə etdilər. Onlar gəncəli ictimai-siyasi xadim Ələkbər bəy Rəfibəylinin Gəncə valisi ilə görüşməsini və onunla söhbət etməsini qərarlaşdırırlar.

Qərardan sonra Ələkbər bəy Gəncə valisi Kovalyovun yanına gedir, gəlişinin səbəbini açıqlayır və Kovalyova deyir: “... alman kəndliləri haqqında Çarın göndərdiyi əmri öyrəndik. Bunu eşidən azərilər çox məyus oldular. Rusiyanın bir ucunda Almaniya ilə müharibə edirsinizsə, buradakı alman kəndlilərinin nə qəbahəti yar. Onlar ordunuza əsgər verirlər, vergilərini vaxtlı-vaxtında ödəyirlər. Onlar da bütün Rusiyada yaşayan xalqlar kimi hökumətə, orduya yardım etməkdən geri qalmırlar. Rahat yaşadıqları halda onları pərişan etmək, var-dövlətlərini dəyər-dəyməzə əllərindən alıb başqasına vermək və özlərini də Sibirə sürgün etmək heç də ağlabatan iş deyil. Belə bir hərəkət qanuna sığmadığı kimi, vicdana da sığmaz. Xalqımız xəbəri eşidən gündən almanlar qədər üzüntü içindədir…”

Ələkbər bəy, həmçinin bu qərar həyata keçərsə, xalqın dövlətə qarşı üsyana qalxacağını və bunun səbəbkarı hökumətin olacağını deyir.

Gəncəli ictimai-siyasi xadim Nağı bəy Şeyxzamanlı xatirələrində bu hadisə haqda belə yazır: “Ələkbər bəyin bu təşəbbüsü öz təsirini dərhal göstərdi və rus hökuməti verdiyi qərarı ləğv etdi. Bu hadisədən bir xeyli sonra məsələdən xəbərdar olan alman kəndliləri Rəfibəyliyə öz təşəkkürünü bildirmək üçün onun yanına gəldilər”.

Mənbələr:


  1. Nağı Keykurun. Nağı bəy Şeyxzamanlının xatirələri və İstiqlaliyyət fədailəri. Bakı-2007.

  2. Азербайджан в период Первой Мировой войны. Сборник научных статей. Баку-2014.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər