top
Gəncəli xalq şairəsi: Nigar Rəfibəyli
23 dekabr 2021, 13:00
- +

Gəncəli xalq şairəsi: Nigar Rəfibəyli

Nigar Xudadat qızı Rəfibəyli 23 iyun 1913-cü ildə Gəncədə həkim ailəsində anadan olub. Atası Xudadat bəy Rəfibəyli Azərbaycanın ilk ali təhsilli cərrahı və ilk səhiyyə naziri idi.

Nigara ilk olaraq mərhum bibisi Suğra xanımın adı verilmişdir. Lakin anası Cəvahir xanım, Nigar Xanım adlı bir türkiyəli şairənin "Əfsus" adlı şeirlər kitabını oxuyandan sonra, qızının adını Nigar qoymaq gərarına gəlir.

Nigar ilk təhsilini Gəncədə, sonra isə Bakı Pedaqoji texnikumunda almışdır. O, əmək fəaliyyətinə müəllimliklə başlayıb və bu illərdə bədii yaradıcılıqla məşğul olub. 1928-ci ildə Nigar Rəfibəylinin "Çadra" adlı ilk şeiri "Dan ulduzu" jurnalında dərc olunub.

1930-1932-ci illərdə Nigar Rəfibəyli Bakı kinostudiyası, sonralar isə fəhlə-gənclər məktəbində çalışıb. O, 1931-ci ildən "Azərnəşr"-də bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor vəzifələrini tutub. Nigar 1932-1936-cı illərdə Moskvada Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib.

1934-cü ildə şairənin "Şeirlər" adlı ilk kitabı nəşr olunmuşdur. Nigarın "Zəfər nəğməsi", "Anaların səsi", "Yol xatirələri", "Dənizin səsi gəlir" kimi başqa kitabları da nəşr olunub.

Nigar Rəfibəyli bir neçə mahnıların söz müəllifidir. Bəstəkar Emin Sabitoğlu Nigarın "Aman ayrılıq", "Güllərim", "Dağları duman alanda" və "Ala gözlüm" şeirlərlərinə musiqi bəstələyib.

Nigar Rəfibəyli tərcüməçi kimi də fəaliyyət göstərib. O, Məhsəti Gəncəvinin rübailərini, Anton Çexov, Aleksandr Puşkin, Mixail Lermontov, Adam Mitskeviç və başqalarının əsərlərini azərbaycan dilinə tərcümə edib. Həmçinin şairənin öz əsərləri də xarici dillərə tərcümə olunub.

Nigar 1967-ci ildə "Əməkdar mədəniyyət işçisi", 1981-ci ildə "Xalq şairi" fəxri adlarına layiq görülmüş, "Şərəf" nişanı və digər orden və medallarla təltif olunmuşdur.

Nigar Rəfibəyli 9 iyul 1981-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

Mənbələr:


  1. Şanlı nəsillərin yadigarıyam. Bakı-2018.

  2. https://kulis.az/news/31666

  3. http://azhistorymuseum.gov.az/az/news/666

  4. https://www.youtube.com/watch?v=SL6VpPSbsb8

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər