top
Gəncəli müəllim-ədəbiyyatşünas Abdulla Sur
11 fevral 2022, 13:30
- +

Gəncəli müəllim-ədəbiyyatşünas Abdulla Sur

Mirzə Abdulla Məhəmmədzadə Tofiq (Abdulla Sur) 23 iyul 1883-cü ildə Gəncədə anadan olub. Sur onun şairlik təxəllüsüdür.

O, ilk təhsilini Gəncədə "Xeyriyyə məktəbi"ndə alıb, ərəb və fars dillərini öyrənib. Sonra isə Sur məktəbdə müəllimlik edib. Şair 1903-cü ildə Tiflisə gedib və onun ilk məqaləsi "Şərqi-Rus" qəzetində dərc olunub.

1905-ci ildə "Şərqi-Rus" qəzeti bağlanır və Sur Gəncəyə qayıdaraq müəllimlik fəaliyyətini davam etdirir. Həmçinin o, "Həyat" və "İrşad" qəzetlərində ədəbiyyat və mədəniyyət haqqında məqalələr dərc etdirib.

Abdulla Sur 6 mart 1906-cı ildə Türkiyənin İstanbul Universitetinin ədəbiyyat ixtisasına daxil olub. O, burada "Türk ədəbiyyatına bir baxış" kitabını yazıb.

1908-ci ildə Abdulla Sur Türkiyədən qayıtdıqdan sonra Gəncə ruhani seminariyasında müəllim kimi çalışıb. O, burada tarix və ana dili fənlərini tədris edib. 1910-cu ildə Abdulla Gəncədə "Ədəbiyyat və Sənət Cəmiyyəti"ni yaradır. Bu cəmiyyətin məqsədi istedadlı gəncləri üzə çıxarmaq və təhsillərinə kömək etmək idi. Həmçinin burada yeni ədəbiyyat və sənət əsərlərini ortaya çıxarmaq üçün müsabiqələr də təşkil edilib.

Abdulla Sur hesab edirdi ki, müsəlman dünyası inkişaf etməli və təhsilə önəm verməlidir. Şair, həmçinin ədəbi-tənqid ilə məşğul idi. Onun "Füzuliyə bir nəzər", "Nəfiyə bir nəzər", "Sinan paşaya bir nəzər", "Nigar xanım" kimi əsərləri var idi. Sur ilk dəfə şair Füzulinin əsərlərini elmi yöndən təhlil edib.

Gəncəli ədəbiyyatşünas, Əhməd Cavad və Əli Razi Şəmçizadə kimi şairlərin müəllimi olub. Əli Razi Abdulla Sur haqqında belə yazıb: "O…öz millətinin səadət və rəfahəti uğrunda çalışan, elm, mədəniyyət yolunda can qoyan, hər bir acıya, qəmə köksünü verən, səbr və mətanət sahibi bir müəllim idi". Həmçinin Sur Firidun bəy Köçərlinin "Azərbaycan Ədəbiyyatı" əsərinin yazılmasında ona kömək edib.

Abdulla Sur qəflətən xəstələnib və 8 may 1912-ci ildə müalicə aldığı Tiflis xəstəxanasında vəfat edib. O, Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub.

Əhməd Cavad müəlliminin vida mərasimində bir şeir yazıb. Şair Hüseyin Cavid isə bu sözləri deyib: "...mərhum A.Sur pək çalışqan, pək sahibməslək, pək himmətli bir müəllim idi...Abdulla Tofiq ölmədi, öləməz. O...millətin qəlbində yaşar".

Mənbələr:


  1. Abbas Səmədov. Maarifpərvər Gəncə müəllimlərinin ədəbi- pedaqoji fəaliyyəti (1830-1920). Gəncə-1999.

  2. Sadıq Şükürov. Gəncə məktəblərinin tarixindən. Bakı-1990.

  3. Xalq Cəbhəsi.- 2014.- 11 iyun.- S.11.

  4. http://ensiklopediya.gov.az/az/terms/398/cild/13

  5. https://medeniyyet.az/page/news/19979/Boyuk-edebiyyat-sevdalisi.html?lang=az

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
19 sentyabr 2026, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Bütün xəbərlər
19 sentyabr 2026, 00:00

Antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 20:36

Azər Məmmədov: "Çox istərdim ki, "Kəpəz" kubokun finalında olsun"

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Bu rayonlarda heyvan bazarları fəaliyyətə BAŞLADI

Oxşar xəbərlər