top
Gəncəli Əməkdar rəssam Gennadi Brijatyuk
19 noyabr 2023, 10:00
- +

Gəncəli Əməkdar rəssam Gennadi Brijatyuk

Gennadi Demyanoviç Brijatyuk 30 yanvar 1935-ci ildə Gəncədə, hərbçi ailəsində anadan olub.

O, Bakıda Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub, lakin oranın qaydalarını tez-tez pozduğuna görə məktəbi yalnız 1958-ci ildə bitirib. Daha sonra Moskvada ali təhsil almaq istəyən Brijatyuk antirealizm ruhlu mövqeyinə görə imtahana buraxılmır və Azərbaycana qayıdır.

O, rəssamlıq fəaliyyətinə 1940-1950-ci illərdə, xüsusilə gül təsvirlərini çəkməklə başlayıb. Brijatyuk rəsmlərində peyzaj təsvirlərinə geniş yer verib, onların əksəriyyəti Abşeronla bağlıdır. Rəssam Abşeron rəssamlıq məktəbinin nümayəndəsi hesab olunur. Onun müxtəlif illərdə çəkdiyi "Bahar”, "Yay motivi”, "Köhnə şəhər”, "Neft mədənlərində”, "Qırx pilləkən”, "Qırmızı damlı ev” və s. rəsm əsərləri mövcuddur.

Brijatyukun əsərləri Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində, bəziləri isə Moskva şəhərində yerləşən Azərbaycanın Rusiya səfirliyində saxlanılır. Həmçinin, rəssam xarici səfərlərdə olmasa da, onun bəzi əsərləri ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə və Almaniyada şəxsi kolleksiyalarda saxlanılır. Rəssamla şəxsi tanışlığı olan fotoqraf Hüseyn Hüseynzadə 40 il ərzində onun 300-dən çox tablosunu əldə edə bilib.

Brijatyuk rəssamlıqla yanaşı, şeir də yazmış, ancaq nəşr etdirməmişdir.

1992-ci ildə Brijatyuka Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adı verilmişdir.

Rəssam həyatının son illərini Bakı şəhərində, İstiqlaliyyət və Şeyx Şamil küçələrinin kəsişməsində yerləşən şəxsi emalatxanasında keçirib. O, evində müxtəlif ölkələrdən qonaqlar qəbul edib: Tretyakov Qalereyasının və Şotlandiya Kral Qalereyasının nümayəndələri, türk kolleksiyaçı Nahid Kabakçı, yeni zelandiyalı rəssam Mirey Abraxamson.

Fransız kinorejissor Jak Deyvis Brijatyuk haqqında sənədli film çəkib. 2019-cu ildə rəssama həsr olunmuş “Gennadi Brijatyuk və onun mənəvi dəyərlər dünyası (1935-2008)” kitabı nəşr edilib.

Gennadi Brijatyuk 11 iyun 2008-ci ildə Bakıda vəfat edib.

Mənbələr:


  1. Баннаева Н. Одиночество пьяных роз // Азербайджанские известия. - 2008. - 13 августа. -С. 3

  2. http://www.anl.az/down/meqale/ameanax_axtarishlar/2019/03/779068(meqale).pdf

  3. https://ourbaku.com/index.php/%D0%91%D1%80%D0%B8%D0%B6%D0%B0%D1%82%D1%8E%D0%BA_%D0%93%D0%B5%D0%BD%D0%BD%D0%B0%D0%B4%D0%B8%D0%B9_%D0%94%D0%B5%D0%BC%D1%8C%D1%8F%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87_-_%D1%85%D1%83%D0%B4%D0%BE%D0%B6%D0%BD%D0%B8%D0%BA

  4. http://www.anl.az/down/meqale/azerbaycan/2020/iyun/712521.htm

  5. https://e-qanun.az/framework/6891

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər