top
Gəncəli kənd təsərrüfatı naziri Məmməd Xəlilov
14 fevral 2023, 16:13
- +

Gəncəli kənd təsərrüfatı naziri Məmməd Xəlilov

Məmməd Rza oğlu Xəlilov 9 sentyabr 1917-ci ildə Gəncə şəhərində sənətkar ailəsində anadan olub.

O, 1935-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olur. Dördüncü kursda o, Ukraynanın Melitopol Kənd Təsərrüfatı İnstitutuna köçürülür, 1940-cı ildə oranın mühəndis-mexanizator fakültəsini bitirir. Sonra Xəlilov Azərbaycan SSR Xalq Əkinçilik Komissarlığına işləməyə göndərilir.

Xəlilov 1941-ci ildən sovet ordusu sıralarında Böyük Vətən müharibəsində iştirak etmişdir. Göstərdiyi qəhrəmanlığa görə o, “Döyüş xidmətlərinə görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

1946-ci ildən Xəlilov Azərbaycan SSR Torpaqşünaslıq Nazirliyində mühəndis, baş mühəndis vəzifələrində işləmişdir. 1950-ci ildən o, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin maşın-traktor idarəsinin şöbə müdiri, 1952-ci ildən Gəncə vilayətinin pambıqçılıq idarəsinin baş mühəndisi və digər vəzifələri icra edib.

Xəlilov 1960-cı ildən Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsində çalışıb. O, 1961-1965-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri, 1965-ci ildən ömrünün sonuna kimi Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuşdur.

Məmməd Xəlilov 3 dəfə “Qırmızı əmək bayrağı” ordeni ilə təltif olunub. O, dəfələrlə Azərbaycan KP MK üzvü, 4 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Xəlilov kənd təsərrüfatının inkişafına aid bir sıra kitabların müəllifi olub.

Məmməd Xəlilov 9 oktyabr 1976-cı ildə Bakıda vəfat edib və I Fəxri xiyabanda dəfn edilib.

Mənbələr:


  1. Fəxri xiyaban. Bakı-2007.

  2. http://podvignaroda.ru/?#id=1103805974&tab=navDetailManCard

  3. Natiq Qurbanov. Məmməd Xəlilov. Aqrar sahənin tarixindən. Bakı-2020.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:05

İki sərnişinin ölümünə səbəb olan sürücü yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Bu gün, 10:32

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:58

MİDA güzəştli mənzillər satışa çıxarıb

Bütün xəbərlər
Bu gün, 09:08

Gəncədə yol problemi: Çuxurlar sürücüləri çətin vəziyyətdə salır

Bütün xəbərlər
Dünən, 15:15

Təhsil tələbə kreditlərinə müraciət başladı

Bütün xəbərlər
Dünən, 15:02

Azərbaycan-Gürcüstan dəmir yolu ilə sərhəd keçidi sürətləndirilir

Bütün xəbərlər
Dünən, 14:03

Günvurma ilə bağlı müraciətlərin SAYI

Bütün xəbərlər
Dünən, 13:33

Ramin Məmmədovdan YENİ TƏYİNAT

Bütün xəbərlər
Dünən, 13:23

Sabah duman olacaq, şimşək çaxacaq

Bütün xəbərlər
Dünən, 12:44

Bu il neçə kişi ödənişli atalıq məzuniyyətinə çıxıb?

Bütün xəbərlər
Dünən, 12:12

Daşkəsəndə milli kino seansı keçirildi

Bütün xəbərlər
Dünən, 11:40

Vizasız gedə biləcəyimiz ölkələr

Bütün xəbərlər
Dünən, 11:08

Sərxoş sürücü prokurorluğun həyətinə daxil oldu - Gəncədə kuryoz hadisə

Bütün xəbərlər
Dünən, 10:34

Gəncədə bu küçə çirkab içində batır

Bütün xəbərlər
Dünən, 09:42

Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:31

Kolleclərə ixtisas seçimi başlanıb

Bütün xəbərlər
Dünən, 09:16

Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

Bütün xəbərlər
Dünən, 09:09

Şəhid Elbrus Hüseynovun qızı "Batumi Open 2026"nın qalibi oldu

Bütün xəbərlər
02 avqust 2026, 19:00

11 sürücünü qanunsuz işlədən direktor cəzalandırıldı

Bütün xəbərlər
02 avqust 2026, 17:00

Həmcinslərini pul qarşılığında kişilərlə görüşdürən qadın həbs edilməyib

Bütün xəbərlər
02 avqust 2026, 15:00

Bu il ölkəyə nə qədər botoks gətirilib? - RƏSMİ

Bütün xəbərlər
02 avqust 2026, 13:00

64 yaşlı kişi sevgilisinin yeniyetmə qızıyla… – 6 İL HƏBS

Bütün xəbərlər
02 avqust 2026, 12:06

Gəncədə fəvvarələr niyə işə salınmır? – Sakinlər narazıdır

Bütün xəbərlər
02 avqust 2026, 11:00

Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər - ARAŞDIRMA

Oxşar xəbərlər