top
Gəncəli Bala Məşədinin xeyirxahlığı haqqında əhvalat
06 yanvar 2024, 13:30
- +

Gəncəli Bala Məşədinin xeyirxahlığı haqqında əhvalat

Bala Məşədi Gəncədə tanınmış mülkədar, xeyriyyəçi və “Difai” təşkilatının gizli üzvlərindən biri olub. O, şəhərin Dal Ozan məhəlləsindəki “El yolu” adlanan küçədə (İsmət Qayıbov) 9 №-li ikimərtəbəli binada yaşayıb.

Bir gün Bala Məşədi evində olarkən zirzəmisində inilti səsi eşidir. Bu səs onu təəccübləndirir və o, zirzəmiyə baxmağa qərar verir. Məşədi görür ki, bir rus əsgəri Gəncə üsyanı zamanı yaralanıb və onun zirzəmisində gizlənib. Bala Məşədi onun milliyyətinə və əqidəsinə baxmayaraq, evinə həkim gətirib, yaralı rus əsgərini müalicə etdirir.

31 may 1920-ci ildə Gəncə üsyanı yatırıldıqdan sonra bir çoxları kimi, Bala Məşədi də həbs olunur. Onun qardaşı Hacı Əli də tutulur. Lakin onların günahlarını sübut edə bilməyib, bir müddət sonra buraxırlar.

1931-ci ildə Bala Məşədi ailəsi ilə sürgün edilir. O, dustaq olmasına baxmayaraq, orada gunahsız repressiya olunan insanlara yardım edirdi. Həbsxananın ciddi qanunları olsa da, oranın rəisi Bala Məşədiyə xoş münasibət bəsləyirdi.

Günlərin birində rəis Bala Məşədini çağırır, haralı olduğunu və nə üçün sürgün edildiyini soruşur. O isə cavab olaraq günahının olmadığını və nə üçün sürgün edildiyini bilmədiyini söyləyir. Bu an rəis Məşədidən onu tanıyıb-tanımadığını soruşur. O isə tanımadığını deyir. Bundan sonra rəis ona Gəncədə bir nəfər yaralı əsgəri müalicə etdirdiyini, evində saxlayıb, sağaldıqdan sonra yola saldığını söyləyir. Məşədi təəcüblənib, bunu onun haradan bildiyini soruşur. Rəis isə həmin əsgər olduğunu deyir. Həmçinin bildirir ki: “Mən nə qədər rəisəm, sənə və sənin millətinə yardımçı olacağam”.

1933-cü ildə Bala Məşədi Gəncəyə qayıdır, lakin 1937-ci ildə yenidən həbs olunur və Nargin adasında güllələnir.

Mənbələr:


  1. Namlet Allahverdiyev. Gəncə məhəllələri. Bakı-2020.

  2. https://m.azvision.az/news/146676/evini-cumhuriyyet-hokumetine-bagislayan-sexs-%E2%80%93-tarixi-arasdirma+fotolar.html

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:22

Qanunsuz çıxarılan 57 nəfər işinə qaytarıldı

Bütün xəbərlər
Bu gün, 11:12

Ailələrinə qaytarılan uşaqların sayı açıqlandı - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 10:48

Gəncənin mərkəzi küçəsində antisanitar vəziyyət narahatlıq yaradır

Bütün xəbərlər
Bu gün, 09:08

Azərbaycan mətbuatı - 151 yaşında!

Bütün xəbərlər
Dünən, 18:00

Bəzi avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib

Bütün xəbərlər
Dünən, 16:36

Gəncənin üç fərqli ərazisində küçələr işıqlandırılmır

Bütün xəbərlər
Dünən, 15:25

"Qırmızı Körpü" gömrük postunda 300 ədəd telefon aşkarlandı

Bütün xəbərlər
Dünən, 14:52

Sabah Gəncədə hava necə olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:20

İri müəssisəyə işçilər tələb olunur

Bütün xəbərlər
Dünən, 13:47

Gəncədə qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam etdirilir

Bütün xəbərlər
Dünən, 13:14

Gəncə məktəbliləri Özbəkistandan medallarla qayıtdı

Bütün xəbərlər
Dünən, 12:41

Gəncədə qanunsuz küçə ticarətinə qarşı MONİTORİNQ

Bütün xəbərlər
Dünən, 10:43

"Mənim canımı niyə aldılar?" – Bir ölümün pərdəarxası

Bütün xəbərlər
Dünən, 10:37

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:02

Övladlığa götürülənlərin sayı

Bütün xəbərlər
Dünən, 09:36

Magistraturaya ixtisas seçimi bu gün başlayacaq - DİM

Bütün xəbərlər
Dünən, 09:04

Gəncədə zibil içində batan ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
20 iyul 2026, 18:00

Uşaqlara bu adlar da qoyulur - Ronaldo, Dayan, Vulkan, İton...

Bütün xəbərlər
20 iyul 2026, 17:35

Yaylaq festivalına Gəncədən avtobusla gediş 2 manat olacaq

Bütün xəbərlər
20 iyul 2026, 16:33

Qazaxda ata və qızı göldə batıb

Bütün xəbərlər
20 iyul 2026, 16:12

Özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət ödəyəcək

Bütün xəbərlər
20 iyul 2026, 15:23

Rəşad Dağlının oğlu Gəncədə FƏRQLƏNDİ

Bütün xəbərlər
20 iyul 2026, 14:31

Gəncənin müxtəlif ərazilərində antisanitar vəziyyət hökm sürür

Bütün xəbərlər
20 iyul 2026, 14:11

Sabah 39 dərəcə isti olacaq - PROQNOZ

Oxşar xəbərlər