top
Gəncədə XX əsrin əvvəlində mövcud olmuş sirk
22 fevral 2024, 16:30
- +

Gəncədə XX əsrin əvvəlində mövcud olmuş sirk

Gəncədə sirk binası indiki “Tsentral” mehmanxanasının cənubunda, Xan bağının yanında yerləşib. Həmin sirk 1911-ci ilə kimi Solevin, 1917-ci ilə kimi Pospelovun sirki adlanırdı.

Bu bina mövcud olmuş zorxana binalarından biri idi. XX yüzilliyin əvvəllərində keçmiş zorxananın binası yenidən qurulmuşdur və burada Cambazxana, yəni sirk yaradılmışdır.

Bu cambazxana qırmızı kərpicdən günbəzi olan, dairəvi formada tikilmiş əsas korpusu və iki köməkçi otağı özündə birləşdirirdi. Binanın ön hissəsində əsas giriş qapısı və bufet yerləşirdi. Əks-hissəsində yerləşən köməkçi otaq isə manejə çıxırdı. Tamaşa zalı səhnədən, manejdən və 500 nəfərlik 6 cərgəlik tamaşaçı hissəsindən ibarət idi. Giriş qiyməti oturacaqların səhnə və manejə baxış mövqeyi ilə müəyyən olunurdu.

Cambazxanada həm də xeyriyyə məqsədi ilə tamaşalar təşkil olunurdu. Vəsaitlər Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin xətti ilə yığılırdı. Bu vəsaitdən müsəlmanlar arasında savadsızlığı ləğv etmək, kasıb ailələrə yardım etmək, başqa şəhərlərdə təhsil alan gənclərin təhsil haqqını ödəmək və s. Məqsədlər üçün istifadə edilirdi.

Cambazxana binası 1920-ci ildə Gəncə üsyanı zamanı, Qızıl ordu şəhəri mühasirə edərkən top atəşinə məruz qalıb. Nəticədə tarixi bina dağıdılıb. Onun tikinti materialları isə yerli əhali tərəfindən daşınıb.

Mənbələr:


  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

  2. Gəncə şəhərinin rus işğalına qədərki memarlığı.

  3. https://www.youtube.com/watch?v=Wyv-Z-QqhOY

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər