top
Gəncədə teatr mədəniyyətinin tarixi: Gəncə Dövlət Dram Teatrı
12 yanvar 2022, 14:30
- +

Gəncədə teatr mədəniyyətinin tarixi: Gəncə Dövlət Dram Teatrı

Gəncə Dövlət Dram Teatrının keçmiş binası XIX əsrin 80-ci illərində alman əsilli, Yelenendorfda (indiki Göygöl rayonu) şərab zavodlarının sahibi Xristofor Forer tərəfindən tikilmişdir. Bu bina M.A.Abbaszadə küçəsi, 54 ünvanında yerləşir. Hal-hazırda Gəncə Dövlət Dram Teatrı üçün yeni bina Gəncəçayın sağ sahilində, Əhməd Cəmil küçəsində inşa edilib.

Gəncəyə köçməmişdən əvvəl bu teatr XX əsrin əvvəllərində Bakıda yaradılmışdır. 13 noyabr 1921-ci ildə aktyor Hacıağa Abbasovun rəhbərliyi ilə "Azad Tənqid-Təbliğ Teatrı" kimi fəaliyyətə başlamışdır. 1925-1927-ci illərdə "Bakı İşçi-Kəndli Teatrı" kimi, 1927-1932-ci illərdə "Bakı Türk İşçi Teatrı" kimi fəaliyyətini davam etmişdir.

1932-ci ilin dekabr ayında bu teatrın yaradıcı kollektivi Gəncəyə köçürülürmüşdür və "Qırmızı bayraqlı Türk işçi Teatrı" kimi fəaliyyətə başlamışdır. Abbas Mirzə Şərifzadə, İsmayıl Talıblı, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Kazım Ziya, Mehdi Məmmədov, Fatma Qədri, Əmir Dadaşlı, Rəmziyyə Veysəlova kimi sənət adamları Gəncəyə köçərək, öz fəaliyyətlərini burada davam etdirirlər.

1934-1990-cı illərdə teatrın adı bir neçə dəfə dəyişdirilmişdir. 1990-cı ildən isə Gəncə Dövlət Dram Teatrı adlandırılmışdır. Gəncə Dövlət Dram teatrı Türkiyənin, Ukraynanın, Gürcüstanın şəhərlərində keçirilən teatr festivallarında iştirak edib.

Gəncə teatrının səhnəsində "Ölülər" (Cəlil Məmmədquluzadə), "Od gəlini" (C.Cabbarlı), "Aslan yatağı" (M. H. Təhmasib), "İntizar" (İ. Əfəndiyev və M. Hüseyn), "Bizim şəhərli oğlan"(K. Simonov),  "İntiqam" (Z. Xəlil), "Müfəttiş" (Qoqol), "Nəsrəddin şah" (C. Cabbarlı), "Qoca" (M. Qorki), "III-Riçard" (V. Şekspir), "Antiqona" (Esxil) və s. tamaşalar göstərilmişdir.

[caption id="attachment_8218" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_8219" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_8220" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_8221" align="alignnone" width="300"]Açıq mənbələrdən foto Açıq mənbələrdən foto[/caption]

Mənbələr:


  1. Rafiq Atakişi. Gəncə Dram teatrı. Bakı-2013.

  2. Fərrux Əhmədov. Gəncənin tarixi yaddaşı. Bakı-1998.

  3. http://azteatr.musigi-dunya.az/file?id=88&dt=48

  4. https://azertag.az/xeber/Gence_Dovlet_Dram_Teatri_uchun_yeni_bina_tikilecek-785460

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər