top
Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyası
07 dekabr 2021, 13:40
- +

Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyası

Türk Ədəmi-Mərkəziyyət Partiyası 1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəylinin rəhbərliyi və başqa məsləkdaşların iştirakı ilə Gəncədə yaradılmışdır. Bu, Azərbaycanda ilk dəfə Avropa mədəni dəyərlərinə istinad məramlı partiya idi.

Partiya, federativ əsasda, Rusiyanın tərkibində Azərbaycana muxtariyyət verilməsini tələb edirdi. Firqənin əsas dayağı kəndlilər və fəhlələr idi. Partiyanın ideoloji təməli türkçülük idi.

2 aprel 1917-ci ildə, Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə, partiya Gəncədə Şah Abbas məscidinin həyətində mitinq təşkil etmişdir. Mitinqdə "Yaşasın demokratik respublika", "Yaşasın Azərbaycan muxtariyyəti" sözləri yazılmış qırmızı bayraqlar dalğalanırdı. Bundan sonra partiyaya 500-dən çox üzv qoşuldu. Firqənin fonduna böyük məbləğdə ianə toplandı.

Partiyanın proqramı 19, 20, 24 may tarixli "Kaspi" qəzetində çap edilmişdir.

Firqə "Dövlət quruluşu" adlı bölmədə türk xalqlarına ərazi muxtariyyəti verilməsi və beynəlxalq sülhün saxlanması üçün daimi qoşunun xalq milisi ilə əvəz olunması tələb edilirdi.

"Ümummilli məsələ" adlı ikinci bölmədə Rusiya türklərinin və müsəlmanlarının mədəni, milli ittifaqının yaradılması üçün qurultay çağırılması nəzərdə tutulurdu. "Dini məsələlər" adlı üçüncü bölmədə Rusiyada olan müsəlmanların müftinin başçılığı altında birləşdirilməsi tələb edilirdi. Dördüncü bölmə vətəndaşlarının bərabər hüquqlara malik olmasını nəzərdə tuturdu.

Proqram maliyyə və iqtisadi siyasət sahəsində mütərəqqi vergi sistemini məqbul hesab edirdi. "Aqrar məsələ" bölməsində, partiya torpaq fondunun yaradılmasını nəzərdə tuturdu. Yeddinci bölmədə 8 saatlıq əmək günü, qocalığa və iş qabiliyyətini itirməyə görə dövlət sığortası kimi maddələr var idi. "Məhkəmə icrası" bölməsi məhkəmənin təsirdən və təzyiqdən azad olmasını nəzərdə tuturdu.

"Məktəb məsələsi" bölməsi xalq maarifinin təşkili və azad tədris haqqında idi. İbtidai və orta məktəblərdə, türk və rus dilləri məcburi olmaqla, çoxluğun dili, ali məktəblərdə ümumi türk dili tədris olunmalı idi.

1917-ci il iyun ayında "Türk Ədəmi-Mərkəziyyət" və "Müsavat" partiyaları birləşərək, "Türk Ədəmi-Mərkəziyyət Firqəsi-Müsavat" adı altında fəaliyyətə başlamışdır.

Mənbələr:


  1. Газ. Каспий 1917, вып. 109, 110, 112.

  2. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004.

  3. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.

  4. İ.Əliyarlı, T.Behbudov. İstiqlal fədailəri-Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri və silahdaşları (1918-1920-ci illər). Bak-2013.

  5. Əhməd İsayev. Gəncədən ucalan yol. Gəncə-1992.

  6. https://525.az/news/169054-nesib-bey-yusifbeyli-siyasi-azerbaycan-ideyasinin-muellifi

  7. Foto: Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər