top
Gəncədə Əli və Ninonun sevgi hekayəsinin əbədi rəmzi
29 dekabr 2022, 15:59
- +

Gəncədə Əli və Ninonun sevgi hekayəsinin əbədi rəmzi

Əli və Nino Abidə Kompleksi Gəncədə, “Gəncəçay” park-bulvar kompleksində yerləşir. Heykəllər 2015-ci ildə quraşdırılıb. Kompleksin memarı Cahid Həsənovdur. Abidə yazıçı Qurban Səidin qələmə aldığı “Əli və Nino” romanının baş qəhrəmanlarına həsr edilib.

Əsərdəki hadisələr çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Qızıl Ordunun işğalı dövrlərini əhatə edir.

Əli Azərbaycanın zadəgan Şirvanşirlər nəslinin nümayəndəsidir. O, rus məktəbində təhsil alır. Ailəsinin şərq-müsəlman adət-ənənələrinə sadiq olmasına baxmayaraq, Əli gürcü qızı Ninoya aşiq olur. Nino Əlinin məktəbinin yanında yerləşən qızlar üçün gimnaziyada oxuyur. O, həmçinin zadəgan nəslin nümayəndəsidir.

Gənclər bir-birinə aşiq olurlar və Qubernator bağında (indiki Filarmoniya bağı) görüşməyə başlayırlar. Bu sevginin təsirindən Əli şərq mədəniyyətindən uzaqlaşır. Məktəbi bitirdikdən sonra Əli Nino ilə evlənmək istəyir. Əlinin atası müsəlman olduğu halda evliliyi dəstəkləyir, lakin Ninonun atası toya qarşı çıxır.

Yayda Əli və Nino Şuşada görüşür, orada erməni aristokratla tanış olurlar. Aristokrat Ninoya aşiq olur və onu qaçırmaq istəyir. Bir gün elə də olur.  Erməni Ninonu Mərdəkana qaçırır. Bundan xəbər tutan Əli tez onlara yetişir və ermənini öldürür.

O, erməninin qohumlarının intiqamından yaxa qurtarmaq üçün Bakını tərk etməli olur və Dağıstanda bir kəndə sığınır. Aylar sonra Nino Əlini tapır və onlar evlənirlər. Bakının azad edilməsi zamanı Əli və Nino İrana yollanır. Nino İranda özünü tamamilə yalqız hiss edir.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra iki gənc yenidən Bakıya qayıdır və dövlətin mədəni həyatında iştirak edirlər. Sonradan Əliyə Azərbaycanın Fransada səfiri vəzifəsi təklif olunur və Nino da təklifi müsbət qarşılayır, lakin Əli imtina edir. O, Ninonun özünü İranda necə bədbəxt hiss etdiyini xatırlayır və eyni aqibətlə qarşılaşmaq istəmir.

1920-ci ildə Azərbaycan ərazisinə bolşeviklər daxil olurlar. Nino yenicə dünyaya gəlmiş övladları ilə Gürcüstana qaçır. Əli xan Şirvanşir isə Gəncənin bolşeviklərdən müdafiəsi döyüşlərində həlak olur.

Əli və Ninonun heykəllərinin hündürlüyü 3,5 metr təşkil edir.

Mənbələr: 


  1. Qurban Səid. Əli və Nino. Bakı-2006.

  2. https://azertag.az/xeber/Tarixi_simasini_qoruyub_saxlayan_Gence_muasir_sehere_chevrilib-1007271

  3. https://axar.az/news/kult/63979.html

  4. https://www.bildirchin.az/%D3%99li-v%C9%99-ninonun-sevgi-hekay%C9%99sini-qeyri-adi-s%C9%99kild%C9%99-ifad%C9%99-ed%C9%99n-kisi-v%C9%99-qadin-heyk%C9%99ll%C9%99ri/

  5. https://www.bildirchin.az/%C9%99li-v%C9%99-nino-qurban-s%C9%99id-2/

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər