top
Gəncədə dağ yəhudilərinin yaşadığı Cuhudlar məhəlləsi
14 yanvar 2022, 13:30
- +

Gəncədə dağ yəhudilərinin yaşadığı Cuhudlar məhəlləsi

Cuhudlar məhəlləsi Gəncədə qədim Əttarlar məhəlləsinin tərkibində, indiki Həsənəli Qardaşları küçəsində yerləşib. Burada yaşayan sakinlər yəhudi olduğu üçün gəncəlilər küçəni "Cuhudlar məhəlləsi" adlandırıb.

Gəncədə yaşayan yəhudilər assuriyalılar tərəfindən əsir alınmış, öncə Assuriyada, sonra isə Midiyada qalmış qədim yəhudilərin törəmələri hesab olunurlar. E.ə VII əsrdə Assuriya dövləti öz mövqeyini itirəndən sonra bu yəhudilər hər yerə, o cümlədən Azərbaycana gəldilər. Gəncədə yaşayan yəhudilər "dağ cuhudları" adlanırdı. Deyilənə görə, simaca onlar yerli xalqdan seçilmirdilər.

Vaxtilə burada yaşayan yəhudilər ayaqqabı tikməklə məşğul olublar. Bu səbəbdən, onların yaşadığı küçəyə bəzən "Məstçilər məhəlləsi"də deyilirdi. Yəhudilər işlətdikləri bəzi məmulatları Əttarlar məhəlləsində yaşayan dabbaqlardan (mal-qaranın dərisinin aşılanması ilə məşğul olan sənətkarlar) alırdılar. İlk dəfə tumacı Gəncəyə yəhudilər Tiflisdən gətiriblər. Sonradan isə yerli dabbaqlar yəhudilərdən onun hazırlanma üsulunu öyrəndilər. Yəhudilər, həmçinin Gəncəyə Tiflisdən parça, iynə-sap gətirirdilər.

Yəhudilərin Gəncədə Sinaqoqları olmadığı üçün onlar Alban kilsəsindən ibadətgah kimi istifadə edirdilər. Gəncə çayının sağ sahilində, "Qırmızı kənd" adlanan yaşayış yerində yəhudilərin qəbiristanlığı var idi.

1804-cü ildə Rus imperiyasının Gəncəni işğal etməsindən sonra bura Rusiyadan, Ukraynadan, Polşadan və başqa Avropa ölkələrindən yəhudi ailələri köçdü. Gəlmə yəhudilər dağ yəhudilərindən (cuhudlardan) fərqli olaraq "rus cuhudu" adı ilə tanınırdılar. Onlar yerli yəhudilərdən fərqlənirdilər.

Gəlmə yəhudilər Gəncədə müəllim, həkim, mühəndis, musiqiçi kimi fəaliyyət göstərirdilər. Nikolski, Zilbelman, Mozer, V.Krinyova Gəncədə və ətraf bölgələrdə həkim kimi tanınırdılar.

1880-ci illərdə Gəncədə Laron Derkovski, Debora Frengel, Şlyuloqbed Troşin kimi stomatoloqlar yaşayırdı. Karl Habeylandın Cuhudlar küçəsində limonad sexi var idi. Laron Pinelman Gəncədə ticarətlə məşğul olurdu və onun evi bu gün Gəncə Qaz İstismarı İdarəsidir.

Hal-hazırda məhəllədə yəhudilərdən heç kim yaşamır.

[caption id="attachment_8349" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_8350" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_8351" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

Mənbələr:


  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

  2. https://www.facebook.com/180279539010570/photos/cuhudlar-m%C9%99h%C9%99ll%C9%99sicuhudlar-m%C9%99h%C9%99ll%C9%99si-%C9%99ttarlar-m%C9%99h%C9%99ll%C9%99si-yax%C4%B1nl%C4%B1%C4%9F%C4%B1nda-bir-basalaq/185004118538112/

  3. https://www.youtube.com/watch?v=AzR7cqTMaPU

  4. https://gancapost.info/az/article/576/g-nc-nin-cuhudlar-m-h-ll-si-tarix/

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər