top
Gəncədə “canlı ölü”yə ucaldılmış abidə
03 iyun 2023, 15:35
- +

Gəncədə “canlı ölü”yə ucaldılmış abidə

Çar dövrünə aid olan abidə 1850-ci ildə Qafqaz canişini Mixail Vorontsov tərəfindən yoldaşı Pyotr Kotlyarevskinin şərəfinə ucaldılmışdır. Abidənin məhz Gəncədə ucaldılmasının səbəbi bir əhvalatla bağlıdır.

1803-cü ildə Kotlyarevski yeger rotasının komandanı kimi Gəncə qalasına hücumda iştirak edir. O zaman keçmiş xan bağlarının yaxınlığında, qalanın qərb hissəsində rusların düşərgəsi yerləşdirilmişdi. Bu yerə yaxın 2 dekabr tarixində kapitan ayağından ağır yaralanır və demək olar ki, döyüş meydanında unudulur. Lakin gənc knyaz Vorontsov onu görür və Kotlyarevskini öz çiynində daşıyaraq döyüş meydanından uzaqlaşdırır. Bu, iki rus komandiri arasında uzun sürən dostluğun başlanğıcı olur.

Gəncənin işğalından sonra Pyotr Kotlyarevski 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilmiş və tezliklə mayor rütbəsinə yüksəlmişdir. 10 il sonra artıq general rütbəsinə yüksəlmiş Kotlyarevski Lənkəran qalasının hücumuna başçılıq edir. Rus ordusu qalanı aldıqdan sonra Kotlyarevski əzilmiş və eybəcər halda, aldığı yeddi ağır yara ilə təqaüdə göndərilir və özünü “canlı ölü” adlandırır. 1946-cı ildə isə artıq Qafqazın qubernatoru olan Vorontsov Gəncəyə səfər edir. Şəhər ətrafını gəzərək o, Kotlyarevskinin yaralandığı yeri göstərir və həmin yerdə abidə ucaltmağı əmr edir.

Abidə hündür obelisk şəklində düzəldilmişdir. Onun üzərində mis kürə yerləşdirilmişdir. Kürənin üstündə aypara üzərində mis xaç qoyulmuşdur. Bu rəmzlər rus xristianlarının müsəlmanlar üzərində qələbəsini göstərməli idi.

Zaman keçdikcə abidə yararsız hala düşüb. 1894-cü ildə o, bir vaxtlar Kotlyarevskinin komandanlığı altında vuruşan aslandüz batalyonu tərəfindən bərpa olunub. Abidənin ətrafı köhnə kiçik hasarla yanaşı, ikinci hündür çuqun hasarla əhatə olunub. İki hasarın arasına ağaclar və qızılgül kolları əkilib. 5 mart 1895-ci ildə Gəncədə Kotlyarevskinin anma mərasimi və bərpa olunmuş abidənin təntənəli açılışı baş tutub.

Çar dövründə “Zaqafqaziyanın fatehi” hesab olunan Kotlyarevskinin adı sovet dövründə unudulmuşdur və onun Gəncədəki obeliski yerləyeksan edilmişdir.

Mənbələr:


  1. Газета Кавказ. No 66. 11.03.1895 г.

  2. Потто В.А. Памятники времен утверждения русского владычества на Кавказе, Вып. I. Тифлис-1906.

  3. Утверждение русского владычества на Кавказе. Том II. Тифлис-1902.

  4. http://casp-geo.ru/pyotr-kotlyarevskij-zabytyj-pobeditel-zabytoj-vojny/

  5. Foto: Утверждение русского владычества на Кавказе. Том II. Тифлис-1902.


 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
19 sentyabr 2026, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Bütün xəbərlər
19 sentyabr 2026, 00:00

Antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 20:36

Azər Məmmədov: "Çox istərdim ki, "Kəpəz" kubokun finalında olsun"

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Bu rayonlarda heyvan bazarları fəaliyyətə BAŞLADI

Oxşar xəbərlər