top
Gəncədə aşkar edilən ərəblərin dövrünə aid xəzinə
02 sentyabr 2023, 15:30
- +

Gəncədə aşkar edilən ərəblərin dövrünə aid xəzinə

Azərbaycan numizmatikasının tədqiqatçısı Yevgeniy Paxomovun araşdırmalarına görə, 1929-cu ilə qədər Zaqafqaziya ərazisində VII-VIII əsrlərə aid ərəb sikkələrinin cəmi 3 dəfinəsi aşkar edilmişdir. 1929-cu ildə belə nadir xəzinələrdən biri Gəncədə tapılmışdı.

Bu sikkələri Paxomov xəzinəni aşkar edən yerli tacirdən əldə etmişdi. 187 ədəd sikkə arasında Əməvi və Abbasi dirhəmləri var idi. Sikkələrin zərb tarixi hicri təqviminin 80-155-ci (miladi 699-772) illərinə təsadüf edir. Bu, xəzinənin VIII əsrdə dəfn edildiyini göstərirdi.

Sikkələrin əksəriyyəti - 83 ədədi Vasitdə (İraq), 22-si Dəməşqdə (Suriya) zərb edilmişdir. Burada uzaq ərazilərdən də sikkələr var idi: Mərvdən (Türkmənistan) 5 ədəd, Şimali Afrikadan 1 ədəd, İspaniyadan 3 ədəd və s. Yerli Zaqafqaziya sikkələrinin sayı yalnız 21 ədəd təşkil edirdi. Tədqiqatçıların fikrinə görə, bu, ərəblərin VIII əsrin əvvəllərinə qədər zəbt etdikləri ərazilərdə, o cümlədən Azərbaycanda sikkə zərbinə icazə vermədiyini göstərir.

Araşdırmalar göstərib ki, sikkələr, demək olar ki, istifadə olunmayıb. Paxomovun gəldiyi nəticəyə görə, sikkələrin sahibi tacir deyil, kapitalını çətin günlərə saxlayan adi sakin olub. O, Suriya və Mesopotamiyanın müxtəlif bölgələrinə köçərək əmanətlərini artırıb. Daha sonra Zaqafqaziya ərazisində məskunlaşan sakin Əməvi-Abbasi müharibəsi ilə qarşılaşıb. Müharibələrdən sonra yenidən ehtiyatlarını Arandan bir neçə yerli sikkə ilə artırıb. Təxminən 772-ci ildə xəzinə sahibi tərəfindən Gəncə ərazisində basdırılıb və 12 əsrdən sonra toxunulmaz vəziyyətdə günümüzə qədər gəlib çıxıb.

Mənbələr:


  1. Пахомов Е.А. Ганджинский клад 1929 г. и переломный момент арабской торговли в Закавказье // в кн.: Академику Н.Я. Марру. XLV.  Москва-Ленинград- 1935. ― С. 737–747.

  2. https://azerhistory.com/?p=17320

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər