top
Dilbərə həsr edilmiş şeirə bəstələnən mahnının tarixi
18 sentyabr 2023, 12:30
- ↺ +

Dilbərə həsr edilmiş şeirə bəstələnən mahnının tarixi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

18 sentyabr - dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. Bu tarix 1995-ci ildən Milli Musiqi Günü kimi qeyd edilir. Musiqi Günü ilə bağlı Gencexeber.az sizə gəncəli bəstəkar Ələkbər Tağıyevin bəstələdiyi “Sənə qurban” mahnısının tarixi haqqında material hazırlayıb.

“Sənə qurban” mahnısı şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadəyə həsr etdiyi şeirin sözlərinə bəstələnib. Şeirin ərsəyə gəlməsi haqda Dilbər öz “Müşfiqli günlərim” kitabında məlumat verib:

“1931-ci ilin axırıncı ayı idi. Mən imtahana hazırlaşdığım üçün Müşfiqlə az-az görüşürdüm…görüşlərin birində ona Gəncəyə gedəcəyimi bildirdim…Elə ordaca “Ayrılıq” şeirini dedi…Mən dedim:

-İstəyirsən, heç getməyim, daha bundan ötrü niyə belə narahat olursan?

Müşfiq yenə də şeirlə cavab verir: 

Deyirsən, yanında qalacağam mən,

Çox gözəl fikirdir, qal, sənə qurban.

Nə zaman istəsən, əziz canımı

Qumral gözlərinlə al, sənə qurban.

Gəlmiş hüzuruna bir qara dağlı,

Bir qara qulundur, qolları bağlı,

Gəl çəkmə könlümə sən hicran dağı,

Gümüş topuğunda xal, sənə qurban. 

-Ay Müşfiq, bu gözəl şeirdir. Bəs o qara qul sözü nədir? Heç sənin kimi vüqarlı şairə də qul sözü yaraşarmı?

-Mən öz məhəbbətimin qulu olmağımdan fəxr edirəm.

Müşfiqin ölümündən 30 il sonra, 1968-ci ildə şeirin sözlərinə yazılan mahnı ilk dəfə muğənni Zeynəb Xanlarovanın ifasında səslənir. Mahnı Zeynəb Xanlarova tərəfindən bir çox Yaxın Şərq ölkələrində verilmiş konsertlər zamanı ifa edilir. Sonralar mahnı müxtəlif ölkələrdən olan müğənnilər tərəfindən yunan, ərəb, türk və erməni dillərində ifa edilmişdir. Hətta ermənilər musiqinin onlara məxsus olduğunu deyiblər. 2012-ci ildə Ələkbər Tağıyevin bəstələdiyi bu musiqi Suriyada vətəndaş müharibəsi zamanı etirazçıların azadlıq himninə çevrilir. 2017-ci ildə isə mahnının musiqisi Türkiyədə referendum ərəfəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) təbliğat videosunda istifadə olunur. 

Mənbələr:


  1. Axundzadə Dilbər: Müşfiqli günlərim. Bakı-2005

  2. https://www.bbc.com/azeri/multimedia/2012/08/120803_qal_sene_gurban

  3. http://istipress.com/siyaset/17-03-2017/turkiye-partiyasi-zeyneb-xanlarovanin-mahnisini-ogurladi-video 

  4. https://apa.az/az/xeber/medeniyyet-siyaseti/xeber_muellif_huquqlari_agentliyi_____sene_qurba_-344462 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Oxşar xəbərlər