top
Dünyaca tanınmış şair: Nizami Gəncəvi
25 noyabr 2021, 10:48
- +

Dünyaca tanınmış şair: Nizami Gəncəvi

Şair Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. Şairin adı - "İlyas", "Nizami Gəncəvi" isə onun təxəllüsü idi. "Nizami adının mənası "nizam verən, qaydaya salan" deməkdir.

1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan edilib. 2021-ci il isə Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilib.

Nizami Gəncəvi dünya ədəbiyyatnda ilk "Xəmsə" ("Beşlik") şəkilli bədii yaradıcılıq nümunəsinin müəllifidir. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. Nizami Gəncəviyə İtaliyanın Roma, Rusiyanın Moskva, Sankt-Peterburq və Çeboksarı, Çinin Pekin, Moldovanın Kişinyov, Özbəkistanın Daşkənd və Ukraynanın Xarkov şəhərlərində abidələr ucaldılıb. Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi fəaliyyət göstərir.

Nizami Gəncə mədrəsəsində təhsil alıb və həyatını əsasən burada keçirib. O, fəlsəfə, tibb, həndəsə, astronomiya elmlərini bilib və bunlarla yanaşı yunan, ərəb, fars mədəniyyəti ilə, Qafqaz xalqlarının tarixini öyrənib.

1172‐ci ildə Dərbənd һakimi şairə hədiyyə olaraq, qıpcaq qızı Afaqı göndərir. Biraz sonra onlar ailə həyatı qururlar və oğlulları, Məhəmməd dünyaya gəlir. Həmçinin Atabəylər dövlətinin hökmdarı Qızıl Arslan, Gəncə yaxınlığında Nizami Gəncəvi ilə görüşüb, ona Həmdünyan adlı bir kənd bağışlamışdır.

1177-ci ildə bitirdiyi "Sirlər xəzinəsi" adlı ilk poeması Nizamiyə şöhrət qazandırıb. Daha sonra o, 1180-ci ildə "Xosrov və Şirin" poemasını yazıb. 1188-ci ildə Şirvan hökmdarı I Axsitanın sifarişi ilə "Leyli və Məcnun" poemasını yaradıb. 1196-cı ildə Ələddin Körpə Arslanın adına "Yeddi gözəl" əsərini, sonra isə "İsgəndərnamə" poemasını qələmə alıb.

Bu beş poemadan başqa Nizami altı qəsidənin, 116 qəzəlin, iki qitənin və 30 rübainin yaradıcısıdır.

Nizami Gəncəvi 1209-cu ildə Gəncədə vəfat edib və şəhərin yaxınlığında dəfn olunub. Şairin məzarı üzərində məqbərə ucaldılıb.

Şairin 800 illik yubileyi onun irsinin öyrənilməsində və təbliğində böyük rol oynadı. 1946- cı ildə Gəncədə, 1949-cu ildə isə Bakıda Nizami Gəncəviyə abidə ucaldılıb. Gəncə daxil olmaqla ölkəmizin bir çox bölgələrində Nizami Gəncəvi adına küçələr, məktəblər və s. obyektlər mövcuddur.

Mənbələr:


  1. Nizami Gəncəvi-880. Bakı-2001.

  2. Sönməz günəşin hikmət dəryası. Bakı-2016.

  3. E. Э. Бертельс. Великий Азербайджанский поэт Низами. Баку-1940.

  4. Poeziya dünyasının dahisi. Bakı-2012.

  5. https://www.ens.az/az/nizami-gencevi-2

  6. https://modern.az/az/news/274200/dunya-olkelerinde-ucaldilan-nizami-gencevi-heykelleri-fotolar

  7. https://azedu.az/az/news/44207-azerbaycanin-dunyadaki-ilkleri-

  8. http://www.anl.az/down/meqale/edebiyyat/2017/noyabr/564961.htm

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər