top
Cavad xanın məzarının tarixi
14 dekabr 2021, 14:20
- +

Cavad xanın məzarının tarixi

SSRİ dövründə, 1963-cü ildə Şah Abbas məscidinin həyətində fəvvarə inşa etmək məqsədi ilə qazıntı işləri aparılmışdır. Bu zaman ərazidə üstü ərəbcə yazılan baş daşı və məzar aşkarlanmışdır. Yazılar bu məzarın Cavad xana aid olduğunu göstərirdi.

Başdaşında yazılmışdı: "Bu məzarda Gəncə bəylərbəyisi Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur…".

O vaxt Gəncənin İcraiyyə Komitəsinin sədri Ələsgər Əlizadə, qəbrin Cavad xana aid olduğunu bilib, məzarı "Səbiskar" qəbiristanlığına aparılmasına göstəriş vermişdir. Gəncəlilər xanın qalıqlarını 27 il tarixçi Mirzə Adıgözəl bəy Qarabağinin nəvəsi, Əsgər ağa Goraninin türbəsində gizli qoruyub saxlayıblar.

Ələsgər Əlizadənın 101.az-a verdiyi müsahibədə dedikləri: "1963-cü ildə Gəncənin İcraiyyə Komitəsinin sədri idim. Mən də Cavad xanın qəhrəmanlığı haqqında eşitmişdim, ona dərin hörmətim vardı. Şəhərin azadlığı uğrunda öldüyünü bilirdim. Amma 60-cı illərdə çətin vaxt idi, Cavad xanın adını çəkmək xətalıydı. Çox təhlükəli olsa da, mən qorxmadım, qəbrin Cavad xana aid olduğunu bilən kimi, məzarının "Səbiskar"a köçürülməsinə göstəriş verdim. Çalışdıq ki, bu işi mümkün qədər səs-küysüz görək, gizli qalsın, "yuxarı"lara xəbər çatmasın. Xəbər tutsaydılar, bəlkə də məni işdən çıxarıb həbs edərdilər. ...Əsas qəbri qorumaq lazım idi. Gələcək nəsil, tarix məni bağışlamazdı".

Azərbaycanda milli azadlıq hərəkatı başlayanda, Gəncə əhalisinin ilk tələblərindən biri məhz xanın öz yerində dəfn olunması olur. Hadisənin canlı şahidi olan, şəhər sakini Əlisəftər Səfərəliyevin sözlərinə görə, 1990-cı ilin mart aylarında xanın qalıqları kecmiş yerinə aparılır və dəfn edilir.

Digər Gəncə sakini Əlaslan Cəfərovun sözlərindən: "Dəfndə böyük izdiham vardı, təxminən 70-80 min, bəlkə də çox adam olardı. Gəncə sonuncu xanını möhtəşəm şəkildə dəfn edirdi. ...Cavad xanın tabutunu "Səbiskar" qəbiristanlığından Şah Abbas məscidinədək, təxminən 4 km yolu insanlar çiyinlərindən yerə qoymadan piyada gətirdilər. …Gəncə doğma, əziz adamını dəfn edirdi. Yaşlı adamlar ağlayırdı. Həm də sevinc var idi, haqq-ədalət öz yerini tapmışdı".

2005-ci ildə məzarın üstündə Cavad xana türbə inşa edilib.

 

Mənbələr:


  1. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008. 

  2. https://101.az/19729-cavad-xan-quotgenceye-yalniz-meyidimin-ustunden-keche-bilersinizquot.html

  3. http://ganjatv.az/tarixi_sexsiyyetler/67-gnc-tarixi-xsiyytlr-cavad-xan.html

  4. http://www.ganjanews.az/2013/08/05/c%C9%99miyy%C9%99t/g%C9%99nc%C9%99nin-qeyr%C9%99t-r%C9%99mzi-%E2%80%93-cavad-xan-.html

  5. https://www.youtube.com/watch?v=LUCpvYmIeUM

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər