top
Çar dövründə Yelizavetpol quberniyasının gerbi
18 yanvar 2024, 14:00
- ↺ +

Çar dövründə Yelizavetpol quberniyasının gerbi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yelizavetpol quberniyası 1867-ci il çar fərmanına əsasən, 1868-ci ildə Bakı və Tiflis quberniyalarının bir hissəsində yaradılmışdır. Quberniyanın gerbi 5 iyul 1878-ci ildə təsis edilmişdir.

Quberniyanın gerbində qara qalxanda qızıl sütun üzərində gümüşlə bəzədilmiş qara qulplu  xəncər təsvir olunmuşdur. Xəncərin yanında iki gümüş Georgi xaçı yerləşdirilmişdir. Qalxanın üzərində imperator tacı təsvir edilmişdir. Qalxan mavi rəngli Andreyev lenti (Rusiya imperiyasının ilk ordeni olan və Müqəddəs Apostol Andrey Pervozvannı adına təsis edilən ordenin taxıldığı lentin nümunəsi) ilə bəzədilmiş qızılı palıd yarpaqları ilə əhatə olunmuşdur.

Yelizavetpol quberniyasının ərazisi keçmiş Gəncə, Qarabağ, Şəki xanlıqlarının və Samux və Şəmşədil mahallarının ərazilərini əhatə edirdi. Quberniyanın mərkəzi Yelizavetpol (Gəncə) şəhəri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə şəhərin tarixi adı – Gəncə bərpa edildi. Bundan sonra Yelizavetpol quberniyası Gəncə quberniyası adlandırıldı. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə quberniyası ləğv edilmişdir.

Mənbələr:


  1.   Фон Винклер П.П. Гербы городов, губерний, областей и посадов Российской империи, внесенные в полное собрание законов с 1649 по 1900 год. Москва-1991.

  2. https://files.preslib.az/projects/remz/pdf/remz_gerb.pdf

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Bütün xəbərlər
25 noyabr 2026, 11:24

Gəncədə qanunsuz tikililər sökülüb

Oxşar xəbərlər