top
Bu gün Ulu Öndər Heydər Əliyevin 102 illiyidir
10 may 2025, 00:00
- +

Bu gün Ulu Öndər Heydər Əliyevin 102 illiyidir

 

Ümummilli Lider Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib. Daha sonra indiki ADNSU-nun memarlıq fakültəsinə daxil olub. Ancaq İkinci Dünya müharibəsinin başlanması nəticəsində Heydər Əliyev sözügedən ali məktəbdə təhsilini başa vurmayıb. O, 1957-ci ildə indiki BDU-nun tarix fakültəsini bitirib.

Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olandan sonra onun təşəbbüsü ilə Gəncənin sosial-iqtisadi inkişafına başlanılıb.

Heydər Əliyev 1970-ci ilin aprel ayında Gəncəyə ilk işgüzar səfərini edib. 1977-ci ilin noyabrında Heydər Əliyev yenidən Gəncəyə gəlir. Bu səfərlərin nəticəsi olaraq sənaye obyektləri tikilmiş, körpülər, bağlar, parklar salınmış, elm, təhsil ocaqları istifadəyə verilib.

1980-ci ilin iyul ayında Heydər Əliyev Gəncə hava limanının yeni uçuş xətlərinin açılışında iştirak edib. Dekabr ayında isə şəhərin sənaye müəssisələrinə baş çəkib. Bu, onun Gəncəyə birinci katib olaraq etdiyi son səfər olur.

Çini qablar zavodunun, qənnadı fabrikinin, taxıl məhsulları, xalça, ət və süd kombinatlarının inşası da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Həmçinin Yeni Gəncə və Gülüstan yaşayış sahələri, avtomobilçilər qəsəbələrinin salınmasında onun əməyi olub.

Heydər Əliyev 1993-cü ildə Azərbaycanın Prezidenti seçildikdən sonra ilk işgüzar səfərini Gəncəyə edib. Daha sonra Ulu Öndər buraya 7 oktyabr 1998-ci ildə səfər edib və Gəncə qarnizonunun əsgər və zabitlərilə görüşüb. Həmçinin şəhər və ətraf rayonların seçicilərilə görüş keçirib.

23-24 may 2000-ci ildə baş tutan səfərdə Heydər Əliyev şəhərdə təbii qazın, su və elektrik enerjisinin təchizatında olan qüsurları aradan qaldırmaq üçün bir sıra tapşırıqlar verib.

12-13 sentyabr 2002-ci ildə Heydər Əliyev Gəncə Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. O, şəhərdə müşavirə keçirib və Gəncənin sosial-iqtisadi vəziyyəti haqda danışıb. Bu, Heydər Əliyevin Gəncəyə son səfəri olub.

Heydər Əliyev 12 dekabr 2003-cü ildə xəstəlikdən ABŞ-da klinikada vəfat edib və 15 dekabr Bakıda Fəxri xiyabanda dəfn olunub.

Gəncədə Heydər Əliyevin adını daşıyan prospekt, park, Xatirə muzeyi və abidəsi mövcuddur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər