top
Bu gün Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk azərbaycanlının doğum günüdür
16 mart 2024, 16:00
- +

Bu gün Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk azərbaycanlının doğum günüdür

İsrafil Məhərrəm oğlu Məmmədov 16 mart 1919-cu ildə anadan olub. Cəmi 27 il ömür sürən İsrafil Məmmədov zəmanəsinin ən mühüm ordenləri hesab edilən "Qırmızı ulduz" və “Lenin“ ordenlərinə layiq görülmüşdür. Ölkənin ən nüfuzlu qəzetləri İsrafil Məmmədov haqqında yazılar verirdi. Ən əsası isə Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlı olmuşdur və bu ada 22 yaşında layiq görülmüşdür. Bu mükafat ona 3 dekabr 1941-ci ildə baş verən döyüşdən sonra verilmişdir:

3 dekabr 1941-ci ildə Novqorodun kənarındakı İlmen gölü ərazisində baş serjant Məmmədovun başçılıq etdiyi dəstə mühüm mövqeni müdafiə edirdi. Rotanın mövqeyi Pustınka kəndindən kənarda yerləşən bataqlıq ərazidə yerləşirdi. Sovet qoşunlarının yerləşdiyi yerə soxulmuş nasistlər İsrafil Məmmədovun dəstəsinin əlaqəsini əsas qüvvələrdən kəsirlər. Məmmədovun başçılıq etdiyi 20 nəfərdən ibarət dəstə qeyri-bərabər döyüşə başlayır. 10 saat ərzində sovet əsgərləri nasistlərin bütöv bir batalyonunun hücumlarını dəf edirlər və əlavə qüvvələr gələnə qədər mövqelərini saxlayırlar. Bu döyüşdə 300-ə yaxın nasist həlak olur. Baş serjant Məmmədov düşmənin 70 əsgərini və 3 zabitini şəxsən məhv edir.

Mənbələr:


  1. https://warheroes.ru/hero/hero.asp?Hero_id=287

  2. http://www.anl.az/down/meqale/azerbaycan/2011/may/174035.htm

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər