top
Bu gün AXC-nin ilk hərbi attaşesi Məmmədqasım Əliyevin doğum günüdür
10 fevral 2024, 15:00
- +

Bu gün AXC-nin ilk hərbi attaşesi Məmmədqasım Əliyevin doğum günüdür

Məmmədqasım Hüseyn bəy oğlu Əliyev 10 fevral 1882-ci ildə Gəncə şəhərində məmur ailəsində anadan olub.

O, 1898-ci ildə şəhərin 8 illik məktəbini, 1899-1902-ci illərdə Tiflis Geodeziya Məktəbini bitirib. Əliyev 1905-ci ildə Sankt-Peterburqda Hərbi Topoqrafiya Məktəbini “podporuçik” hərbi rütbəsində bitirərək hərbi topoqrafiya korpusuna daxil edilir.

Əliyevin çar ordusunda hərbi topoqraf olduğu müddətdə Finlandiyanın, Sankt-Peterburq quberniyasının, Şimali Manjuriyanın, Qrodnenski, Volınski və Kiyev quberniyalarının topoxəritələrinin hazırlanmasında iştirak edib. 1908-ci ildə o, Tiflisdəki Qafqaz hərbi topoqrafiya şöbəsinə göndərilib. Hərbi topoqrafiya sahəsindəki xidmətlərinə görə 1914-cü ildə Əliyev 2-ci dərəcəli müqəddəs Stanislav ordeni və “kapitan” rütbəsinə layiq görülüb.

Əliyev 1918-ci ildə Cümhuriyyət Ordusunda həqiqi hərbi xidmətə qəbul edilib və Hərbi Nazirliyin Hərbi topoqrafiya bölməsi rəisi vəzifəsinə təyin olunub. O, 1919-cu ildə naməlum səbəblərə görə Cümhuriyyət Ordusu sıralarından tərxis edilir. Lakin 18 fevral 1919-cu ildə Əliyev AXC-nin Gürcüstan Respublikasındakı Diplomatik Missiyasında Hərbi attaşe vəzifəsinə təyin edilib.

Həmin dövrdə Məmmədqasım bəy Cümhuriyyət ordusunun yüksəkixtisaslı təcrübəli zabitlərlə təmin edilməsi üçün fəaliyyət gösrətib. O, Gürcüstan ordusundan və Gürcüstanda yaşayan ehtiyatda olan, müsəlman dininə mənsub və digər millətlərdən olan yüksəkixtisaslı təcrübəli zabitlərin Cümhuriyyət ordusunda hərbi xidmətə qəbulunda iştirak edib. Hərbi Nazirlik onun xidmətlərini qiymətləndirərək Əliyevə 1919-cu ildə “polkovnik” rütbəsi verib. O, AXC-nin süqutuna kimi Cümhuriyyət Ordusunun ilk və yeganə hərbi attaşesi idi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əliyev hərbi mütəxəssis kimi Qızıl Ordu Topoqrafiya İdarəsinin rəis müavini və Topoqrafiya Məktəbinin rəisi olub. O, həmçinin Yer quruluşu texnikumunda, Politexnik, Coğrafiya institutlarında yüksək vəzifələr icra edib. Əliyev Azərbaycan dilində ilk geodeziya dərsliyinin müəllifidir.

Məmmədqasım Əliyev 20 iyul 1967-ci ildə Bakıda vəfat edib.

Mənbələr:

1.   Azərbaycan Sovet Ensiklopediyası - IV Cild. Bakı-1980.

2.http://www.anl.az/down/meqale/herbi_bilik/2021/02/770010(meqale).pdf

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

5 min nəfərin istifadə etdiyi körpünün bir hissəsi uçdu

Bütün xəbərlər
Dünən, 16:54

Gəncədə 10 manata görə yeniyetməni öldürən şəxsə hökm oxundu

Bütün xəbərlər
Dünən, 12:37

Gəncədə şəhidlərin qadın ailə üzvlərinin əl işləri sərgilənəcək

Bütün xəbərlər
Dünən, 09:54

Gəncədə səfərdə olan türkiyəli dağçılar Kəpəz dağına qalxıblar

Bütün xəbərlər
Dünən, 09:10

Gəncəlilər binanın şəraitindən narazıdırlar

Bütün xəbərlər
17 iyul 2026, 19:18

AQTA-dan çağırış: "Mənşəyi məlum olmayan lavaşı yeməyək"

Bütün xəbərlər
17 iyul 2026, 17:04

Sabah 38 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
17 iyul 2026, 15:11

Peşə məktəblərinə işə qəbul müsabiqəsi BAŞLAYIR

Bütün xəbərlər
17 iyul 2026, 14:01

Anasını namaz qılmadığına görə öldürübmüş

Bütün xəbərlər
17 iyul 2026, 13:37

AQTA: Bazarlardakı bütün açıq məhsullar etiketlənəcək

Bütün xəbərlər
17 iyul 2026, 13:03

Qazaxın işğaldan azad olunan ərazilərində tapılan minaların sayı

Bütün xəbərlər
17 iyul 2026, 11:00

Faizlə verilən pul üstündə dostunu bıçaqladı – CƏZA

Bütün xəbərlər
17 iyul 2026, 09:51

Gəncədə asfalt problemi: Taksi küçəyə gəlmir

Bütün xəbərlər
17 iyul 2026, 09:04

Gəncədə "Nizaminin evi" kimi tanınan kinopavilyonun təmiri davam edir

Bütün xəbərlər
16 iyul 2026, 16:49

"Kəpəz" Vadim Abdullayevi heyətinə qatdı

Bütün xəbərlər
16 iyul 2026, 15:37

Yeni parklanma qaydaları TƏSDİQLƏNDİ

Bütün xəbərlər
16 iyul 2026, 15:03

Yarım ildə alış-verişə 32 milyard manat xərcləmişik

Bütün xəbərlər
16 iyul 2026, 14:02

Sabah leysan olacaq - PROQNOZ

Bütün xəbərlər
16 iyul 2026, 13:53

Bura Gəncədir… – Acınacaqlı mənzərə

Bütün xəbərlər
16 iyul 2026, 12:48

Gəncədəki universitetlərdə II qrup üzrə ən aşağı keçid BALLARI

Bütün xəbərlər
16 iyul 2026, 10:16

Gəncəbasarda ard-arda qida zəhərlənmələri: Bu dəfə 11 nəfər…

Bütün xəbərlər
16 iyul 2026, 10:13

DİM-də ən çox etiraz edilən imtahanlar açıqlandı

Bütün xəbərlər
16 iyul 2026, 09:46

Daun sindromlu şəxslərin sayı 30 faiz artıb

Bütün xəbərlər
15 iyul 2026, 18:00

Xəbərimizə ÇEVİK REAKSİYA: Şəhid guşəsi abadlaşdırıldı

Oxşar xəbərlər