top
Bu gün Nizami Gəncəvinin nəslindən olan xalq artisti Məmmədrza Şeyxzamanovun ölüm günüdür
25 yanvar 2022, 10:29
- ↺ +

Bu gün Nizami Gəncəvinin nəslindən olan xalq artisti Məmmədrza Şeyxzamanovun ölüm günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məmmədrza Şeyxzamanov 4 avqust 1915-ci ildə Gəncədə anadan olub. O, şair Şeyx Nizaminin nəslindəndir.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Şeyxzamanovların mülkləri və zəngin kitabxanaları yandırılır. Məmmədrzanın atası Hacı İsa bəy vəfat edir. Anası isə yaşadıqları mülkü itirməmək üçün orada fabrik açılmasına icazə verir və əvəzində öz evindən bir otaq ala bilir.

Məmmədrza orta məktəbi bitirdikdən sonra Gəncədə İnşaat Texnikumunda təhsil alıb. O, burada dram dərnəyində tamaşalarda oynayıb. 15 yaşında ikən Məmmədrza Gəncədə “artist Məmmədəli” kimi tanınıb.

1934-cü ildə Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılov Şeyxzamanovu teatra dəvət edir. O, burada ilk dəfə "Hind qızı" tamaşasında "Brahma" rolunda oynayır. Çalışdığı dövrdə Məmmədrza "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad), "Qaçaq Nəbi" (Nəbi) və digər tamaşalarda obrazlar yaradır.

1938-ci ildə aktyor bəy qızı nəslindən olan Nigar xanımla evlənir və onların qızı dünyaya gəlir. Bir müddət sonra Məmmədrza pantürkist adı ilə Qazaxıstana sürgün edilir. Yeddi ildən sonra o, ailəsi ilə icazəsiz Gəncəyə qayıdır.

1954-cü ildə "Azdrama"nın baş rejissoru Adil İsgəndərov Məmmədrzanı Bakıya teatrda işləməyə dəvət edir. O, burada "Hamlet", "Od gəlini", "Almaz", "Ölülər", "Alov" və s. tamaşalarda oynayır. 1955-ci ildə Şeyxzamanov "Bəxtiyar" kinokomediyasında "Rəcəbov" rolunu canlandırır.

Məmmədrza Şeyxzamanov bu filmlərdə müxtəlif obrazlar canlandırıb: "Qızmar günəş altında" (Alı kişi), "Leyli və Məcnun" (Dərviş), "Bir qalanın sirri" (həkim Eldostu), "Qatır Məmməd" (Gəncə qubernatoru), "Nəsimi" (Şeyx Əzəm), "Tütək səsi" (İsfəndiyar kişi), "Əhməd haradadır" (Şirin kişi) və s. O, "Azərbaycanfilm" kinostudiyasının 20-dən artıq bədii filmində rollarla çıxış edib.

1974-cü ildə Məmmədrza Şeyxzamanov Xalq artisti fəxri adına layiq görülüb.

"Onun səsinin tembri, zahiri görünüşü, həm teatrda, həm kinoda, həm də müxtəlif filmlərin dublyajında yaratdığı xarakterlər heç vaxt unudulmayacaq. Heç vaxt... Çünki Məmmədrza Şeyxzamanov böyük sənətkar idi" - Xalq artisti, aktyor Fuad Poladov.

Məmmədrza Şeyxzamanov 25 yanvar 1984-cü ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

 

Mənbələr:


  1. https://news.day.az/azerinews/732491.html

  2. https://kulis.az/xeber/tarix/By-qizini-qaciran-uc-ovladini-itirn-on-dord-il-surgund-qalan-Xalq-artisti-colorredSmd-Vurgun-onun-hyatini-nec-xilas-etdicolor-32720

  3. https://medeniyyet.az/page/news/2981/Musbet-rollarin-mahir-ifacisi--Memmedrza-Seyxzamanov-.html?lang=az

  4. http://az.baku-art.com/az/bu-gun-xalq-artisti-memmedrza-sheyxzamanovun-dogum-g-n-d-r

  5. https://news.milli.az/culture/519509.html

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Oxşar xəbərlər