top
Bu gün Gəncənin Baş rəssamı Şərif Şərifovun 78 yaşı tamam olur
12 iyun 2023, 16:45
- +

Bu gün Gəncənin Baş rəssamı Şərif Şərifovun 78 yaşı tamam olur

Şərif Hacı oğlu Şərifov 12 iyun 1945-ci ildə Gəncədə anadan olub.

O, şəhər rəssamlıq məktəbini bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbinin heykəltaraşlıq fakültələsinə daxil olub. Daha sonra S.Q.Stroqanov adına Moskva Ali Rəssamlıq-Sənaye Məktəbinin memarlıq və dekorativ plastika fakültəsini bitirib. Moskvada təhsilini bitirdikdən sonra rəssam 1971-ci ildə Gəncəyə qayıdıb.

1972-ci ildən artıq SSRİ Rəssamlar İttifaqının üzvü olan Şərifovun ilk əsərlərindən biri “Kənd dülgəri” heykəli olub. O, 1978-ci ildə SSRİ Rəssamlıq Akademiyasının bir sıra diplom və mükafatlarına, 1980-ci ildə isə Respublika Komsomolu Mükafatına layiq görülür. Sonrakı illərdə Şərifov Gəncənin Baş rəssamı, Baş memarı vəzifələrini daşıyıb. O, həmçinin Gəncə Pedaqoji texnikumunda dərs deyib.

Azərbaycanın Əməkdar rəssamı, Prezident təqaüdçüsü Şərif Şərifov Gəncədə yüzlərlə abidə, kompleks, digər memarlıq və dekor nümunələrinin müəllifidir. Onların içərisində "Mir Cəlal Paşayev", "Mirzə Şəfi Vazeh və müasirləri" büstləri, "Leyli və Məcnun", "Xəmsə" qəhrəmanları", "Şir və Günəş", "Gəncə gerbi" və başqa abidələr var. Sənətkar Türkiyənin Gəncəyə qardaş olan Qars şəhərindəki Heydər Əliyev Parkının salınmasında iştirak edib. Burada onun yaratdığı "Leyli və Məcnun", "Həmyerlilər", "Dülgər" abidələrini 2002-ci ildə ulu öndər şəxsən açıb.

Şərifovun eskizləri əsasında bir sıra portret xalçaları hazırlanıb. ABŞ-nin sabiq prezidenti B. Klintonun qızının portret-xalçası Heydər Əliyev tərəfindən 2001-ci ildə Klintona hədiyyə edilib.

Şərifov 2012-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Sənətkar Nəriman Nərimanovun və ulu öndər Heydər Əliyevin Gəncə şəhərində ucaldılmış abidələrinə görə isə 2017-ci ilin mayında bu akademiyanın Qızıl Medalına layiq görülüb.

Şərifovun əsərləri Rusiya, ABŞ, Türkiyə, Polşa və bir sıra digər ölkələrin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Rusiya, Türkiyə, İsveçrə muzeylərində onun fərdi sərgiləri keçirilmişdir.

Mənbələr:


  1. https://525.az/news/145693-gence-namine-zakir-muradov-yazir

  2. https://www.rah.ru/the_academy_today/the_members_of_the_academie/member.php?ID=54148

  3. http://anl.az/down/meqale/azerizv/2015/oktyabr/459550.htm

  4. http://web2.anl.az:81/read/page.php?bibid=vtls000469295

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər