top
Bu gün gəncəli hüquqşünas Ələddin Sultanovun 95-ci doğum günüdür
31 iyul 2023, 17:30
- +

Bu gün gəncəli hüquqşünas Ələddin Sultanovun 95-ci doğum günüdür

Ələddin Camal oğlu Sultanov 1928-ci ildə Gəncə şəhərində anadan olub.

O, ilk təhsilini Gəncə şəhər 5 saylı məktəbdə alıb. Sultanov 1947-1952-ci illərdə indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyub. O, həmin təhsil müəssisəsinin hüquq fakültəsinin ilk məzunlarından biri olub.

Sultanov 1967-1970-ci illərdə Mingəçevir şəhər prokuroru işləyib. 1970-1977-ci illərdə o, Lənkəran rayon prokuroru vəzifəsində çalışıb. Ələddin Sultanov 1977-ci ilin martında Bakının ən böyük rayonunun - Lenin (indiki Sabunçu rayonu) rayonunun prokuroru vəzifəsinə təyin edilib.

Ələddin Sultanov 1979-cu ildə Bakı şəhər prokurorunun müavini - istintaq şöbəsinin rəisi vəzifəsini icra edib. O, 1980-cı ildə Bakı şəhər prokuroru vəzifəsinə təyin edilib. 1980-ci ilin iyulundаn Sultanov Naxçıvan MSSR prokuroru işləməyə başlayıb. 1981-1987-ci illərdə o, Azərbaycan SSR prokurorunun birinci müavini kimi çalışıb. Lakin Sultanov 1987-ci ildə sovet hökumətinin qərarına görə, vəzifəsi aşağı salınaraq, Bakı şəhər prokurorluğunun İstintaq şöbəsinə prokuror vəzifəsinə təyin edilib. Onun barəsində görülmüş əsassız tədbirlə razılaşmayaraq, Sultanov tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı ərizə verib və ərizəsi təmin edilərək, o, prokurorluq orqanlarından xaric olunub.

1987-1992-cü illərdə Ələddin Sultanov Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nəzdində Xəlilbəy Xasməmmədov adına Hüquq Kadrlarının Təkmilləşdirilməsi İnstitutunun prorektoru vəzifəsində, həmin vaxtdan 1998-ci ilin iyul ayına qədər isə Bakı şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri vəzifəsində işləyib. 1998-ci ildə Milli Məclisin qərarı ilə Ələddin Sultanov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ilk altı hakimindən biri təyin edilib.

Ələddin Sultanov Lənkəran rayon prokuroru vəzifəsində işləyərkən, 1972-ci ildə çəkilən “Xatirələr sahili” bədii filmində prokuror obrazını canlandırıb.

Sultanov ömrünün 70-ə yaxın ilini hüquqşünaslıq elminə həsr edib. Həmin illər ərzində o, “Xalqlar Dostluğu”, “Şöhrət” ordenləri və “Tərəqqi” medalı ilə təltif olunub.

Ələddin Sultanov 31 mart 2020-ci ildə vəfat edib.

Mənbələr:


  1. https://www.adalet.az/mobil/18196

  2. https://report.az/sosial-mudafie/bu-gun-eleddin-sultanovun-90-illik-yubileyidir/

  3. https://constcourt.gov.az/az/details/1012

  4. https://e-qanun.az/framework/15040

  5. https://e-qanun.az/framework/1336

  6. https://e-qanun.az/framework/15196

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər