top
Bu gün gəncəli alim Asəf Hacıyevin 72-ci doğum günüdür
29 may 2023, 14:20
- +

Bu gün gəncəli alim Asəf Hacıyevin 72-ci doğum günüdür

Asəf Hacı oğlu Hacıyev 29 may 1951-ci ildə Gəncə şəhərində anadan olub.

O, 1973-cü ildə indiki M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Hacıyev əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlayıb. O, 2001-ci ildən Bakı Dövlət Universitetinin Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri kimi çalışıb.

Asəf Hacıyev 1992-ci ildə Almaniyadakı Münhen Universitetinin, 1992-1997-ci illərdə Türkiyədəki Boğaziçi Universitetinin (İstanbul), 1997-2015-ci illərdə Bakı Dövlət Universitetinin professoru, həmçinin müxtəlif illərdə ABŞ, İsveç və digər ölkələrin universitetlərinə dəvət olunaraq, professor vəzifələrində işləyib.

Hacıyev 1979-cu ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 1993-cü ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 2003-cü ildə professor adını alıb. O, 2001-ci ildən AMEA-nın müxbir, 2014-cü ildən isə həqiqi üzvüdür.

Alim 1995-2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Birinci, İkinci, Üçüncü və Dördüncü çağırışları üzrə deputat seçilib, bundan əlavə, elm və təhsil komissiyasının üzvü olub. O, 2006-2008 və 2011-2013-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti, 2015-ci ildən isə Baş katibidir.

Asəf Hacıyev 2004-cü ildə Beynəlxalq Statistika İnstitutunun, 2005-ci ildə Dünya Elmlər Akademiyasının və 2008-ci ildə Monqolus­tan Milli Elmlər Akademiyasının üzvü, 2011-ci ildə Çinin Çengdu Universiteti­nin və Gəncə Universitetinin fəxri professoru seçilib. O, 2005-2011-ci illərdə İtaliyanın Əbdüs Salam adına Fizika üzrə Beynəlxalq Mərkəzinin assosiativ üzvü olub.

Alim tətbiqi riyaziyyat, ehtimal nəzəriyyəsi, statistika, idarəetmə məsə­lələri, tətbiqi mexanika sahəsi üzrə mütəxəssisdir. O, Azərbaycan dilində ilk dəfə hazırlanmış “Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklope­diyası”nın müəlliflərindən biridir. Asəf Hacıyev 150-dən çox elmi əsərin və 3 kitabın müəllifidir.

Asəf Hacıyev 1980-ci ildə Elm və Texnika sahəsindəki xidmətlərinə görə Azərbaycan Lenin Komsomolunun mükafatına layiq görülüb.

Mənbələr:


  1. https://science.gov.az/az/forms/deystvitelnyie-chlenyi/1115

  2. https://meclis.gov.az/news-dep.php?id=61&lang=en

  3. https://azertag.az/xeber/Akademik_Asef_Haciyevin_biblioqrafik_gostericisi_nesr_olunub-2328473

  4. https://www.nkpi.az/?page=addread&id=1003

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər