top
Bu gün Azərbaycanın ilk qadın akademiki Validə Tutayuqun doğum günüdür
23 sentyabr 2023, 16:00
- +

Bu gün Azərbaycanın ilk qadın akademiki Validə Tutayuqun doğum günüdür

Validə Xasbulat qızı Tutayuq 23 sentyabr 1914-cü ildə Şuşa şəhərində anadan olub.

1934-cü ildə Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) meyvə-tərəvəzçilik fakültəsini bitirən Tutayuq 1939-cu ildə fəlsəfə doktoru dərəcəsini almış və universitetdə çalışmağa başlamışdır. O, 1939-1957-ci illərdə Kənd Təsərrü­fa­tı İnstitutunun Botanika kafedrasının mü­diri, 1954-1957-ci illərdə elmi işlər üzrə direktor müa­vini, 1962-1980-ci illərdə isə Botanika və selek­siya kafedrasının müdiri işləmişdir.

Tutayuq 1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir,  1969-cu ildə isə həqiqi üzvü seçilmişdir. Validə Tutayuq anatomiyaya dair tədqiqatları ilə Azərbaycanda bitki anatomiyasının əsasını qoymuşdur. Alim 130 elmi əsərin, o cümlədən 6 monoqrafiyanın və 4 dərs­liyin müəl­lifidir. O “Azərbaycan florası”nın 7-ci və 8-cı cildlərini, “Azərbaycanın ağac və kolları” ikicildliyini, “Qafqazın dendrologiyası” çoxcildliyinin 5-ci və 6-cı cildlərini yazan müəllif­lərdən biri olmuşdur. Onun “Bitki anatomiyası və morfologiyası”, “Bitki anatomiyası və fiziologiyası” dərs vəsaitlərindən indi də ali məktəblərdə istifadə edilir. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və 3 elmlər dok­toru hazırlanmışdır.

Tutayuq dəfələrlə Gəncə və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin deputatı seçilib. O, “Şərəf nişanı” ordeni, Respub­likanın xalq təsərrüfatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Fəxri Fərmanla təltif edilib, Əməkdar elm xadimi adına layiq görülüb.

Şuşanın Cıdır düzünün “xarı bülbül” adlanan bitkisinin bioekoloji xüsusiyyətləri ilk dəfə Tutayuq tərəfindən öyrənilərək elmi məqalə formasında çap olunub. Bundan sonra bütün dünya botanikləri bu nadir bitkinin məhz Şuşa endemi olduğunu qəbul ediblər. Hətta Validə xanım və bəstəkarımız Fikrət Əmirov birgə “Xarı bülbül” adlı opera yazmağa başlayıblar, ancaq ölüm hər iki korifeyin işini yarımçıq qoyub.

Validə Tutayuq 12 dekabr 1980-ci ildə vəfat edib və Gəncənin Fəxri xiyabanında dəfn edilib.

Mənbələr:


  1. https://science.gov.az/az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3424

  2. https://www.yenigence.com/akademik-valid%C9%99-tutayuq-anadan-olmasinin-103-cu-ildonumu-tamam-olur/

  3. http://www.anl.az/down/meqale/respublika/2014/may/370961.htm

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər