top
Bu gün Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür
08 oktyabr 2023, 11:00
- +

Bu gün Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə şəhər 1 saylı Maksim Qorki adına məktəbdə alıb. Hal-hazırda Gəncədə 1 saylı pilot orta məktəb İsmət Qayıbovun adını daşıyır.

1967-ci ildə Qayıbov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini bitirib. 1971-ci ildən Respublika prokurorluq orqanlarında fəaliyyətə başlayıb. 1990-ci ilədək Qayıbov Sumqayıt şəhərinin, İsmayıllı və Əli Bayramlı (indiki Şirvan şəhəri) rayonlarının prokuroru vəzifəsində çalışıb. 1990-cı ilin avqustunda Azərbaycanın baş prokuroru vəzifəsinə təyin edilib.

İsmət Qayıbov 1991-ci ildə verdiyi müsahibədə erməni hərbi birləşmələrinin cinayətlərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edib. O, Quqarkda (indiki Ermənistan) azərbaycanlılara qarşı törədilən qırğına görə cəmi dörd erməninin saxlanıldığını “biabırçılıq” adlandırıb. Qayıbov 20 Yanvar faciəsini “Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizə” adlandırıb və bildirib ki, “bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrə çıxmışdılar”.

İsmət Qayıbov 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında bir sıra yüksək rütbəli dövlət xadimlərinin də içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub.

İsmət Qayıbov Bakıda Birinci Fəxri xiyabanda dəfn olunub. Hal-hazırda Azərbaycanın şəhər və rayonlarında küçələr və digər infrastruktur obyektləri onun adını daşıyır.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:26

Sabah bütün sosial ödənişlər yekunlaşacaq

Bütün xəbərlər
Dünən, 16:20

"10 mini olanın atasına lənət..." - Əhəd Abıyev

Bütün xəbərlər
Dünən, 14:25

GDU 3 illik akkreditasiyadan keçib

Bütün xəbərlər
Dünən, 12:36

Sabah da Gəncədə 39 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:02

Peşə təhsilinə 28 mindən çox tələbənin qəbulu nəzərdə tutulur

Bütün xəbərlər
Dünən, 11:26

Evi yandırıb iki qadını öldürənlərin cəzası dəyişmədi

Bütün xəbərlər
Dünən, 10:45

3 kiloqram narkotik vasitə aşkarlandı, şübhəlilər saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:07

Yaşamaq üçün ən yaxşı ölkə hansıdır?

Bütün xəbərlər
Dünən, 09:38

Gəncənin balaca gimnastları "Səhər İdmanı"nda

Bütün xəbərlər
22 iyul 2026, 18:00

Universitet məzunlarına elektron diplomların verilməsinə başlanılıb

Bütün xəbərlər
22 iyul 2026, 17:33

Özbəkistanın baş prokuroru Gəncəyə səfər edib

Bütün xəbərlər
22 iyul 2026, 17:16

"103"ə 38 mindən çox əsassız çağırış olub - TƏBİB

Bütün xəbərlər
22 iyul 2026, 16:56

Rezidenturaya qəbul imtahanına qeydiyyat başlayır

Bütün xəbərlər
22 iyul 2026, 16:28

Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır

Bütün xəbərlər
22 iyul 2026, 15:54

Xarici dil imtahanında yeni model açıqlanıb

Bütün xəbərlər
22 iyul 2026, 15:36

Bəzi Gəncə sakinləri təmizlik əməkdaşlarının işini çətinləşdirir

Bütün xəbərlər
22 iyul 2026, 15:18

Qızılca və suçiçəyinə yoluxanların SAYI

Bütün xəbərlər
22 iyul 2026, 15:03

Yayda saçlar daha tez uzanır?

Bütün xəbərlər
22 iyul 2026, 14:33

İtkin düşən 12 nəfər tapıldı

Bütün xəbərlər
22 iyul 2026, 13:44

Cari ildə Azərbaycanda 293 yeni dövlət standartı qəbul edilib

Bütün xəbərlər
22 iyul 2026, 13:36

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
22 iyul 2026, 13:14

Gəncədə tanınmış boksçunun atası vəfat edib

Bütün xəbərlər
22 iyul 2026, 13:02

"Kəpəz" hücum xəttini Benito ilə gücləndirir

Bütün xəbərlər
22 iyul 2026, 12:22

Qanunsuz çıxarılan 57 nəfər işinə qaytarıldı

Oxşar xəbərlər